Rusiya Əfqanıstanlı əmək miqrantlarını bu sektora cəlb edə bilər
Rusiya kənd təsərrüfatı müəssisələri Əfqanıstanlı əmək miqrantlarını cəlb etməyə başlaya bilər. Oxuməni.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu məsələ artıq Moskva və Kabil arasında danışıqların mövzusuna çevrilib. Bu barədə Əfqanıstanın Moskvadakı diplomatik nümayəndəliyinin rəhbəri Həsən Güllah Həsən məlumat verib.
Səfirin sözlərinə görə, Rusiya və Əfqanıstan hazırda Əfqanıstan mütəxəssislərinin Rusiyanın kənd təsərrüfatı sektoruna cəlb edilməsi imkanlarını müzakirə edirlər.
Diplomatik nümayəndəliyin rəhbəri əlavə edib ki, bu məsələ əvvəllər Kazanda Tatarıstanın Rəisi Rüstəm Minnixanovla görüşü zamanı qaldırılıb.
Həsən danışıqların iki ölkənin maraqlarına uyğun konkret razılaşmaların əldə olunması ilə nəticələnəcəyinə və gələcəkdə əməkdaşlığın digər sahələrə də genişlənəcəyinə ümid etdiyini bildirib.
Rusiya-Əfqanıstan danışıqları "Şimal-Cənub-Yeni Üfüqlər" adlı 3-cü Həştərxan Beynəlxalq Nəqliyyat Dəhlizləri Forumu çərçivəsində keçirilir.
Almaz Həsənli



























.jpg)
.jpg)
.jpg)
































.jpg)
.jpg)
.jpg)





























