Eldar Qasımovun Ukraynada çəkdirdiyi klip tezliklə işıq üzü görəcək
"Eurovision" tarixinə qalib kimi düşən azərbaycanlı müğənni Eldar Qasımov (Ell) Ukraynada klip çəkdirib. Sənətçinin mətbuat xidmətindən Apa -ya verilən məlumata görə, sözügedən klipin tizeri 2012-ci ilin avqustun 27-də nümayiş olunacaq. Sənətçi "Eurovision"dan sonra ilk klipini Ukraynanın paytaxtı Kiyevdə "I’m Free" mahnısına çəkdirib. Fanatları Eldarın yeni klipinin tizerini bu yaxınlarda görməyə müvəffəq olacaqlar. Bu imkanı onlar avqustun 27-də http://www.youtube.com/TheEllofficial saytında izləyə biləcəklər. "I’m Free"yə çəkilən klipin premyerasının sentyabrda keçirilməsi planlaşdırılır.
O.M.
Digər xəbərlər