Dünyanın ən gözəl qızı  Tilan Blondo illər sonra cazibədarlığı ilə yenidən diqqət mərkəzinə düşüb

Dünyanın ən gözəl qızı Tilan Blondo illər sonra cazibədarlığı ilə yenidən diqqət mərkəzinə düşüb

14:22
Bəyəndim (1) Bəyənmədim (0)

Hələ 6 yaşında "dünyanın ən gözəl qızı" adlandırılmağa başlayan Tilan Blondo illər sonra yenidən diqqət mərkəzinə düşüb. 25 yaşlı fransız model bir neçə ay əvvəl ailə həyatı qurub. Oxuməni.az Fransa mətbuatına istinadən xəbər verir ki, Blondo sosial şəbəkədə yerləşdirdiyi cazibədar son şəkilləri ilə diqqəti yenidən özünə cəlb edib.

Dövrünün ən çox danışılan uşaqlarından olan Tilan Blondo illər sonra yenidən diqqət mərkəzinə düşüb. Hələ 6 yaşında ikən "dünyanın ən gözəl qızı" adlandırılmağa başlayan fransız modelin indi 25 yaşı var. Mavi gözləri və ifadəli cizgiləri ilə erkən yaşlarında bütün dünyada məşhurlaşan Blondo moda sahəsində karyerasını davam etdirib. 4 yaşında podiuma çıxan tanınmış model, sonrakı illərdə dünyaca məşhur brendlərin şou və kampaniyalarına qatılıb.

Uşaqlıq şöhrətindən sonra karyerasını davam etdirən Blondo bu gün də öz brendini idarə edir. Son aylarda modelin şəxsi həyatında da mühüm hadisə baş verib: o, fransız aktyoru və DJ Ben Attalla evlənib. Cütlük iyun ayında Parisdə evlənmək üçün müraciət etmişdi. İyul ayında onlar Fransanın cənubunda toylarını qeyd etdilər.

Uşaqlıqdan bütün dünyada tanınan Blondonun sosial media hesabında yayımlanan yeni fotosu onun illər ərzində dəyişdiyini bir daha nümayiş etdirib.

25 yaşlı modelin hazırkı fotosunda onun uzun saçları və özünəməxsus üz cizgiləri diqqət çəkir və uşaqlıqdan bəri dəyişməyən ən diqqət çəkən xüsusiyyəti mavi gözləri olaraq qalır.

Şəkilləri vaxtilə internetdə yayılan Blondonun uşaqlıq fotoşəkilləri ilə müqayisədə indiki görünüşü neçə il keçdiyini açıq şəkildə nümayiş etdirir.

Əziz Mustafa