Bəstəkar-müğənni Arif Səlimovdan xəbər var

Bəstəkar-müğənni Arif Səlimovdan xəbər var

14 Sentyabr 2015 16:46
Bəyəndim (0) Bəyənmədim (0)

Bəstəkar tezliklə kitab yazacağını deyir. Bildirir ki, mən nə şair, nə də yazar olmaq istəmirəm. Sadəcə 33 yaşlı Arif Səlimovun indiyə kimi yaşadığı bu həyatda baş verənləri qeyd edəcəyəm. Bundan əlavə Arif Səlimov bildirdi ki, ruhu şad olsun Vidadi Bərdəlinin, onun qızı gənc müğənni Aytac Vidadiqızı tezliklə musiqisi ona, sözləri Aqil Əsədova, aranjemanı Rabil Səfərəliyevə aid olan "Canım" mahnısını oxuyacaq. Yeni bəstələr, mahnılar olacaqmı? sualına Arif Səlimov-Əlbəttə olacaq-dedi. Danışmaqdansa çalışmağı üstün tuturam. Allah anama da rəhmət eləsin, onun arzularına xətir, qızım Zəhraya xətir çox çalışmalıyam ki, yaşayım və yaradım.

Mediainfo.az