Ledi Qaqanın konserti ən çox tamaşaçısı olan konsert kimi Ginnesin Rekordlar Kitabına düşüb

Ledi Qaqanın konserti ən çox tamaşaçısı olan konsert kimi Ginnesin Rekordlar Kitabına düşüb

2 İyun 15:44
Bəyəndim (3) Bəyənmədim (0)

Mayın 3-də Braziliyada Ledi Qaqanın pulsuz konsertinə təxminən 2,5 milyon insan gəlib. Bu göstəriciyə görə, o, qadın ifaçıların konsertləri arasında ən kütləvi konsert kimi tanınır. Bu barədə Ginnesin Rekordlar Kitabının saytında məlumat verilib.
Ledi Qaqa 2024-cü ilin mayında eyni yerdə qoyulan Madonnanın rekordunu qırdı. Bu konsertə təxminən 1,6 milyon insan toplaşıb. Tamaşaçıların sayına görə ən kütləvi konsert britaniyalı müğənni Rod Stüartın 1994-cü ildəki konserti olaraq qalır. O zaman Rio-de-Janeyroda keçirilən tədbirə təxminən 3,5 milyon insan qatılıb. Açıqlamada qeyd edilir ki, bu saya atəşfəşanlıq üçün gələn insanlar da daxil ola bilərdi.
Ledi Qaqanın Rio-de-Janeyrodakı Kopakabana çimərliyində konsertinin təşkili şəhər büdcəsindən ödənilib. Rio-de-Janeyro mülki polisi tədbirdə terror aktının qarşısını alıb. Saxlanılan şəxslər bomba partlatmağı və bir neçə molotov kokteyli atmağı planlaşdırıblar.
Almaz Həsənli