Siftən mübarək olsun

Siftən mübarək olsun

26 Aprel 2011 15:58
Bəyəndim (0) Bəyənmədim (0)

"Fenerbahçe"nin köhnə braziliyalı futbolçusu Roberto Karlos yeni komandası "Anji Maxaçkala"'da ilk qolunu atdı. Rusiya Premyer Liqa komandalarından "Anji Maxaçkala"ya fevral ayında transfer olan Karlos dünən "Dinamo" ilə 2-2 bərabərə bitən matçda ilk qolunu qeydə aldırdı.


Futbol tarixinin ən yaxşı sol qanad oyunçularından biri olaraq qəbul edilən 38 yaşlı təcrübəli futbolçu "Uniao Sao Joao" komandasında başladığı futbol karyerasına "Fenerbahçe" ilə yanaşı "Palmeiras", "İnter", "Real Madrid" və "Corinthians"ı da sığdıra bilib.


Siftən mübarək olsun.


Günel Həbib


O.M.