Avroliqa və Çempionlar Liqasının püşkü atıldı

Avroliqa və Çempionlar Liqasının püşkü atıldı

11 Aprel 2014 15:51
Bəyəndim (0) Bəyənmədim (0)
Avroliqada ispan dueli baş tutacaq

İsveçrənin Nyon şəhərində Çempionlar Liqası və Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılıb.

Püşkün nəticəsinə əsasən Çempionlar Liqasının yarımfinal mərhələsində "Real" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya)
"Atletiko" (Madrid, İspaniya) - "Çelsi" klubları üz-üzə gələcək.
Avroliqada isə "Sevilya" (İspaniya) - "Valensiya" (İspaniya), "Yuventus" (İtaliya) - "Benfika" (Portuqaliya) duelləri baş tutacaq.
Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin oyunları 22-23 və 29-30 aprel tarixlərində keçiriləcək. Avroliqada isə yarımfinal mərhələsinin oyunları 24 aprel və 1 may tarixlərində keçiriləcək.