Fransanın Azərbaycandakı diplomatları “arzuedilməz” şəxslər elan edilə  bilər

Fransanın Azərbaycandakı diplomatları “arzuedilməz” şəxslər elan edilə bilər

16 Noyabr 2022 20:53
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa senatının Azərbaycana qarşı qəbul etdiyi faşistsayağı qətnamə ölkəmizdə böyük reaksiya doğuraraq mənfur Makron rejiminə qarşı nifrətin ən yküsək həddə çatması ilə nəticələnib.

Bunu Milli Məclisin iclasındakı çıxışlar da bir daha sübut edir. Məsələn, millət vəkili Tahir Kərimli deyib ki, Fransa Azərbaycana qarşı səlib müharibəsini davam etdirir və buna sərt cavab vermək lazımdır:

"Fransa düşmən dövlət elan olunmalıdır. Belə təcrübə var. Düşmənçiliyin bundan artığı olmur ki? Fransa bilmir ki, Qarabağda erməni yaşamayıb?.. Türklərə və müsəlman xalqlarına açıq nifrət var və bunu hər an nümayiş etdirirlər. Təklif edirəm ki, Fransadakı səfirimiz məsləhətləşmə üçün geri çağırılsın və Fransanın Azərbaycandakı diplomatları “arzuedilməz” şəxslər elan edilsin".

Millət vəkili Fransanın hərəkətlərini səlib yürüşlərinin davamı adlandıraraq onlardan müsəlman türk xalqlarına qarşı ancaq nifrət gördüklərini, Hələb şəhərində minlərlə türkü qılıncdan keçirdiklərini, insan əti yediklərini söyləyib.

Milli Məclisin bu gün keçirilən iclasında isə Fransa Senatının qəbul etdiyi anti Azərbaycan qətnaməsi kəskin və olduqca sərt şəkildə tənqid edilib. Bununla bağlı Milli Məclis tərəfindən qəbul edilən qətnamədə Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə bir sıra tədbirlər görülməsi ilə bağlı çağırış edilib.

Beləliklə, Fransa-Azərbaycan münasibətlərində gərginlik ən yüksək həddə çatıb və bunun da məsuliyyət adı çəkilən ölkənin faşist rəhbərlərinin üzərinə düşür.

Əziz Mustafa, Oxuməni.az