İrana Azərbaycandan tərs şillə: İsraildə səfirliyimiz açılacaq

İrana Azərbaycandan tərs şillə: İsraildə səfirliyimiz açılacaq

18 Noyabr 2022 15:45
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan son ilərdə dəfələrlə müzakirələrə səbəb olan bir məsələyə münasibətdə qətiyyətli addım atıb. Belə ki, Milli Məclis İsraildə səfirliyimizin açılması barədə müvafiq qərar qəbul edib. Buna paralel olaraq Fələstində də Azərbaycanın təmsilçiliyi olacaq. Azərbaycanın İsraildə səfirliyinin açılması isə bütün hallarda iki dost ölkəni biri-birinə daha da yaxınlaşdıracaq. Qeyd edək ki, son vaxtlara kimi ölkəmizin İsraildə səfirliyinin açılmasına mane olan amillərdən biri İran və digər müsəlman ölkələrilə münasibətləri gərginləşdirməmək idi. Lakin günümüzdə İsrail ülə ərəb ölkələri arasında yaxınlaşma, iqtisadi və siyasi sahədə əməkdaşlığın genişləndirilməsi Azərbaycana belə bir addımı atmağa imkan verdi. Bundan əlavə İranın Azərbaycana münasibətdə şiə məscidlərini dağıdan, müqəddəs yerlərimizdə donuz saxlayan ermənilərə açıq şəkildə dəstək verməsi də Azərbaycanın səbrini daşdırdı. Üstəlik İran rəhbərliyinin tələm-tələsik Qafanda konsulluğunu açması,Tehranda məscidlərimizi təhqir edən, xalqımıza qarşı soyqırımı törədən dövlətin başçısı olan Paşinyanı bağrına basması və İrəvana hərbi yardım göstərməsi də Azərbaycanın buna qarşı adekvat cavab tədbirləri görməsinə və İsraildə səfirliyimizin açılması prosesinin sürətləndirilməsinə gətirib çıxardı. İranın buna necə reaksiya verib-verməməsindən asılı olmayaraq Azərbaycanla İsrail arasında bütün sahələrdə əməkdaşlığın ən yüksək səviyyədə inkişaf etdiriləcəyi isə şübhə doğurmur.

Əziz Mustafa, Oxuməni.az