Stalin aviasiya generalını qızğın nitqinə görə bağışlamayıb

Stalin aviasiya generalını qızğın nitqinə görə bağışlamayıb

5 Mart 2023 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Pavel Rıçaqov bir uçuşda 250 dəfə havada müxtəlif fiqurlu hərəkətlri nümayiş etdirən ən gənc və istedadlı pilotlardan biri idi. Bu ona böyük şöhrət gətirdi və vəzifə pilləsində sürətlə irəlləyərək 29 yaşında ikən SSRİ Xalq komissarının müavini oldu. Şöhrət onun gözlərini tutdu və qorxmadan birbaşa İosif Stalinə ünvanlanan çılğın bir nitq söylədi. Bu da onun ölümə göndərilməsinə səbəb oldu...

Pavel Rıçaqov (1911-1941) Nijnix Lixoborlarda kəndli ailəsində anadan olub. Oğlan bütün adi uşaqlar kimi böyüdü: məktəbə getdi, həmyaşıdları ilə dost oldu, yaxşı oxumağa çalışdı. Ancaq onu başqaları arasında fərqləndirən bir şey vardı. Bu, dasəmanı fəth etmək üçün böyük bir arzuzu idi.

Pavel 1928-ci ildə hərbi xidmətə çağrıldı və uçuş işini öyrənmək üçün Leninqrada göndərildi. Bu işi mükəmməl mənimsədikdən sonra Rıçaqov Kiyev Hərbi dairəsindəki 109-cu qırıcı Aviasiya eskadrilyasında kiçik pilot kimi hərbi xidmətə başladı. Gəncin yoldaşları sonradan xatırlayırdılar ki, heç birimiz bir uçuşda onun kimi 250 fərqli fiqur göstərə bilmirdik. Amma Rıçaqov bunu asanlıqla bacarırdı.


"Yüksək uçuş"karyerası

İlk dəfə 1936-cı ildə gənc pilot mükafatlandırıldı və dərhal Lenin fəxri ordeni aldı. İspaniya səmasında keçirdiyi bir neçə ay ərzində Paul düşmənin təxminən 15-20 təyyarəsini vurdu. 26 yaşında Sovet İttifaqı qəhrəmanı oldu.

Sonra gənc Çin pilotlarına Yaponiyaya qarşı mübarizədə kömək etdi.Hətta İosif Stalinin özü də Rıçaqovun xidmətlərini şəxsən yüksək qiymətləndirərək, onu Sov.İKP üzvü etdi və Qırmızı bayraq ordeni ilə təltif etdi. Beləliklə Pavel dövrünün ən hörmətli gənc pilotlarından biri oldu.

Bundan sonra Rıçaqovun karyerası yalnız zirvəyə doğru sıçradı. O, 1939-cu ildə 9-cu ordunun hava qüvvələrinin komandiri olaraq Finlandiya ilə döyüşdə iştirak etdi. Göstərdiyi uğurlara görə, Finlandiya ilə müharibədən sonra onu yüksək vəzifəyə – ölkənin müdafiə komissarının müavini təyin etdilər..29 yaşında belə bir uğur qazanmaq Rıçaqovun ağlına belə gəlməzdi. Həmin dövrdə Stalin Rıçaqovun yüksək təyyarəçilik istedadına heyran olmuşdu və onu SSRİ-nin ən yaxşı pilotlarından biri hesab edirdi. Ancaq zirvəyə yüksəlmənin eyni dərəcədə enməsi də var. Belə bir enmə Pavelin karyerasına son qoyaraq onun ölümə sürüklədi...

Bəlkə də Rıçaqovun yeganə çatışmazlığı onun çılğın xarakterə malik olması idi. O belə demək mümkünsə heç nədən çəkinmədən sözü üzə deməyi və özünün müdafiə etməyi sevirdi.

Bir dəfə Pavel iclasda Stalinin özünə "pilotun bütün sistemin necə işlədiyini başa düşməsi üçün 30 deyil, ən azı 120 saat tələb olunur" deyə etiraz etdi. Lider, artıq yanacaq sərf etmənin çətin bir zamanda əsassız olduğunu söylədi, amma yenə də Rıçaqovla razılaşdı. Gənc Stalin tərəfindən ilk dəfə belə bağışlandı.

Ancaq ikinci dəfə bunu etmək daha çətin oldu. Növbəti iclasda Pavel təntənəli şəkildə "pilotlar indi tabutlarda uçur. Buna görə də gündə 2-3 mənasız qəza baş verir" deyə açıq danışdı.Onun bu sözləri Stalini əsəbiləşdirdi və "bu doğru yanaşma deyil",-deyə ona sərt şəkildə cavab verdi. Beləliklə gənc pilotun hakimiyyəti birbaşa ittiham etməsi cəzasız qalmadı və onu tezliklə tutduğu vəzifədən azad etdilər.

Böhtan və güllələnmə

Vəzifədən azad edildikdən sonra həyatının ən dəhşətli dövrü başladı. Stalinə Rıçaqovun dövlətə xəyanət etdiyi və onun güllələnən Yakirlə əlaqələri olması barədə məlumat verildi. Stalin dərhal onun həbs edilməsi barədə göstəriş verdi. Rıçaqovu 1941-ci ilin iyununda həbs etdilər və onun barəsində dövlətə xəyanət üstündə ölüm hökmü çıxarıldı. Rıçaqov həyat yoldaşı ilə birlikdə 28 oktyabr 1941-ci ildə Samara yaxınlığında güllələndi.

Yalnız 1954-cü ildə İosif Stalinin ölümündən sonra Rıçaqova 30-40-cı illərdə repressiyaya məruz qalanların çoxu kimi bəraət verildi. Amma Pavel Rıçaqovun adı SSRİ-nin aviasiya tarixinə ən bacarıqlı və istedadlı pilotlardan biri, eyni zamanda "dilini saxlaya" bilməyən bir insan kimi düşdü.

Əziz Mustafa