Mehriban Əliyevanın bəşəri ideyaları və parlaq ömür portreti

Mehriban Əliyevanın bəşəri ideyaları və parlaq ömür portreti

6 Mart 2023 09:53
Bəyəndim (0) Bəyənmədim (0)

Tarixin tarixi olamayanda, o da tarixsizləşir. Gərəkdir ki, göylərin ədalət prinsipi ilə idarə olunan bu kainatda yaşayan şəxs qurub yaradaraq iz qoyub, tarix yazsın. Elə qüdrətli, möhkəm iradəli, əməlləri insani keyfiyyətlərə əsaslanan şəxsiyyətlər var ki, onların təkcə tərcümeyi-halı ilə dünya salnaməsində tarix yazılır. Təbii ki, bu keyfiyyətlər hər insana nəsib olmur. Nə də ki, onlar bütün bunları yaşayaraq sonradan qazanmırlar. Şəxsiyyət dediyimiz insanlarda bu keyfiyyətlər fitrən olur. Yəni, onlar dünyaya gələrkən zatən bu fitrət ilə göz açırlar. Necə ki, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva kimi. Yuxarıda qeyd etdiyimiz bütün bu insani keyfiyyətlərin hamısı Mehriban xanım Əliyevanın timsalında cəmləşibdir desək, yanılmarıq. Qeyd etdiyim kimi, ilk öncə Mehriban xanım Əliyeva ölkəmizin birinci xanımıdır. Birinci xanım yalnız prezidentin həyat yoldaşı və xanımı deyil, həm də ölkədə vətəndaşların çalışmalı olduqları cəmiyyətdə, ictimai-siyasi həyatda insanlar üçün davranışın nümunəsidir. Onların həyatlarını müşahidə etmək, özəllikləri haqqında bilmək hər kəs üçün maraqlı olub. Məhz bu müstəvidə digər ölkələrin birinci xanımlarından fərqli olaraq, Mehriban xanım Əliyeva bu marağı insanlar üçün əlçatmaz etməyib, onların qarşısına keçilməz sədd çəkməyib. Görünür isim olaraq adın da insanın xarakterində, onun tale və ömür yolunda bir əhəmiyyət kəsbi var imiş. Ziyalı Paşayevlər ailəsində dünyaya gələn körpəyə valideynlərinin Mehriban adını qoyması heç də təsadüfi deyil. Burada Tanrı qisməti, Tanrı istəyi deyilən bir zərurət də var. Adı xarakterini, xarakteri də adını tamamlayır. Deməli, Tanrı belə istəmişdi ki, nəcib və ziyalı ailənin övladı da onların yolunu uğurla davam etdirib vətəninə, dövlətinə layiqli övlad, nümunəvi vətəndaş, insanlara dəstək olsun. Mehriban xanım Əliyeva hər şeydən əvvəl üç övlad böyüdərək boya-başa çatdıran bir anadır. Ailəsini qayğılarla əhatə edən bir valideyndir. Bununla yanaşı ölkəmizin Birinci vitse-prezidentidir, əhəmiyyətli ictimai-siyasi xadimdir. Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostlar Fondunun Prezidenti, Azərbaycan Gimnastika federasiyasının Prezidenti, YUNESKO-nun, BMT-nin və İSESKO-nun xoşməramlı səfiridir. Mehriban xanım Əliyeva əvvəlcə Nəriman Nərimanov adına Tibb İnstitutunu (ATU), daha sonra isə Seçenov adına Moskva Dövlət Tibb Universitetini qırmızı diplomla bitirmişdir. İctimai fəaliyyətə başladığı gündən indiyə kimi xalqımızın rifahı naminə, dövlətimizin tərəqqisi yolunda çox böyük və uğurlu layihələrə imza atan Mehriban xanım Əliyeva hər hansı bir köməkliklə bağlı ona olunan müraciətlərdə sıravi vətəndaşlara göstərdiyi xüsusi diqqət və qayğıları ilə xalqın rəğbətinə sahib olaraq insanların qəlbində böyük sevgi qazanmışdır. İctimai fəaliyyətində dünya üzrə onu digər lider xanımlardan fərqləndirən cəhət də məhz onun xeyirxahlığı, qayğıkeşliyi, mərhəməti, xalqına və dövlətinə olan sevgisi, dövlət və dövlətçiliyimiz naminə gördüyü işlər, bəşəri ideyalara, humanizm prinsiplərinə hörmətlə yanaşmasıdır. Mehriban xanım Əliyeva istimai-siyasi xadim kimi ictimai həyatda, sosial sahələrdə baş verən proseslərlə yaxından maraqlanması xüsusi əhəmiyyət kəsb edir. Uşaq evlərinin, qocalar evinin əsaslı təmir olunaraq müasir standartlara uyğun fəaliyyət göstərməsi, əlillərin imtiyazlarının qarşılanması, səhiyyə ocaqlarının yenilənməsi və lazımı tibbi texnologiyaların alınması, xüsusən dünyada tüğyan edən COVİD-19 panemiyası dövründə yeni modern hospitallarının tikilərək istifadəyə verilməsi və bu hospitalların müasir dünya standartlarına cavab verən tibbi avadanlıqlarla təchiz olunması Mehriban xanım Əliyevanın gördüyü işlərin bariz nümunəsidir.

Nüfuzu və xanımlıq imici

Mehriban xanım olduqca nüfuzlu xanımdır və onun gözəlliyi bu nüfuzu daha da möhkəmləndirir. Daim yaxşı və səliqəli saçlara malik Mehriban xanım həmişə qadına xas görünür: qüsursuz fiquru vurğulayan geyimlər geyinir. Dünyaca məşhur “Allure” qadın gözəllik jurnalının versiyasına görə Mehriban xanım dünyanın ən dəbli birinci xanımları siyahısında birinci oldu və indiyə kimi də birinci olaraq qalır. Bir xanımın bu qədər sosial vəzifələri yüksək səviyyədə həyata keçirməklə yanaşı, öz imicini qoruyub saxlaması da böyük məharət tələb edir.

Milli-mənəvi dəyərlərimizin hamisi

Hər bir xalqın dünyada tanınması onun milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, xalq olaraq tarixinin, varlığının, dilinin yaşaması deməkdir. Çünki hər bir xalq mənsub olduğu ölkəni öz milli dəyərləri, mədəniyyəti və ana dili ilə təmsil edir. Əgər bir xalq ona mənsub olan milli dəyərlərini, adət-ənənəsini, ana dilini yaşada bilmirsə, onun xalqlar içərisində yox olaraq dünyadan təcrid olması deməkdir. Zəngin tarixə malik olan Azərbaycan xalqının da tarixi qədim olan milli dəyərləri, özünəməxsus adət-ənənələri vardır. Milli dəyərlər və adətlərdən ən başlıcası Novruz bayramıdır ki, xalqımız bu bayramı ta qədimidən bu günə kimi qoruyub saxlayaraq milli ruh zəmnində qeyd etməkdədir. Respublikamız müstəqillik əldə edəndən sonra Novruz bayramı dövlət səviyyəsində hər il böyük təntənə ilə qeyd edilməyə başladı. Novruz bayramı baharın gəlişinin müjdəsi, yeni günün başlanğıcı, təbiətin təzələnməsi, barışıq və bərəkət ayı və.s. kimi gözəl ənənələri özündə ehtiva edir. Bu bayram Azərbaycanla yanaşı Mərkəzi və Orta Asiyada, eləcə də Hindistan və İranda da qeyd olunur. Dövlətimizin adından, şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildi. Baxmayaraq o vaxtı müvafiq müraciəti aidiyyəti olan digər ölkələr də etmişdi. Təbii ki, bu təşəbbüsün dünya üzrə belə bir mötəbər qurumda dövlətimizin adı ilə qeydə alınması ümumbəşər bir uğurdur. Bununla yanaşı Azərbaycandan UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına 19 nümunə daxil edilmişdir ki, spesifik olaraq Azərbaycan xalçası və tarı, şəbəkə sənəti, Lahıc misgərlik sənəti, Basqal kəlağayıları kimi sənət nümunələrimiz qəbul edilmişdir. Dövlətimizin adına yazılan və beynəlxalq təşkilatlarda dövlətimizin inciləri sayılan bu dəyərlər Mehriban xanım Əliyevanın dövlət və dövlətçiliyimiz yolunda daşıdığı missiyasının uğur təzahürüdür.

Mədəniyyətimizin və muğamlarımızın xilaskar sərkərdəsi

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan xalqının bədii yaradıcılığının ən zəngin bir hissəsi olan muğam sənəti demək olar ki, unudularaq sıradan çıxmaq üzrə idi. Təbliğat və təşviqatın olamamsı səbəbindən, mavi ekranlarda muğama olduqca az yer ayrıldığından qeyri musiqi növləri nəinki gənclərin, hətta orta yaşlı insanların da zövqünə təsir etmişdir. Mədəniyyət sahəsindəki boşluqlar pis mənada insanların zövqlərinə də təsir edərək hakim kəsilmək üzrə idi. Artıq həmin ərəfədə muğam və ya təsniflərdən söhbət gedə bilməzdi. Əgər Mehriban xanım Əliyeva olmasaydı, milli musiqi tariximiz, mədəni irsimiz, bir çox milli dəyərlərimiz tamamilə sıradan çıxaraq unudulacaqdı. Və bunun acı nəticələrini, gözlənilməz aqibətini xalqımız indi yaşamalı olacaqdı. Mehriban xanım Əliyevanın digər sahələrlə yanaşı, mədəniyyət və milli musiqimizə xüsusi diqqət ayrıması, mədəniyyətimizin inkişafında, onun dünyaya taanıdılmasında, təbliğatı olduqca təqdirəlayiqdir. Məhz onun gərgin əməyi, böyük səylərinin nəticəsidir ki, 2003-cü ildə Azərbaycan muğamı bəşəriyyətin şifahı ənənəli mənəvi şedevrləri siyahısında UNESKO tərəfindən Bəşəriyyətin qeyri-maddi irs üzrə daxil edilmişdir. Mehriban xanım Əliyeva bu unikal sənət növünün misilsiz bədii dəyərə malik olduğunu, beynəlxalq miqyasda mədəniyyətlərarası əhəmiyyətini sübut edərək dünyaya təsdiq etdi. Azərbaycanın muğam sənətinin inkişafı yolunda dövlət səviyyəsində böyük işlər görən Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən Muğam Televiziya Musabiqəsinə start verilərək hər il mavi ekran vasitəsilə canlı muğam yarışması keçirildi. Bu təbliğatın mötəbər şəkildə həyata keçiriləməsi sayəsində xalqın milli mənəviyyatında oyanış, milli dəyərlərə hörmət və qayıdış prosesi başladı. Artıq gənclər də muğama qulaq asıb onu sevərək milli musiqimizin mahiyyətini dərk etdilər. Buna bariz nümunə olaraq Muğam Televizya Müsabiqəsinin hər layihəsində neçə-neçə gənc muğam ifaçıları xalq tərəfindən tanınaraq sevilməyə başladılar. Bunu həm də istedadı olan gənclərin geniş kütləyə tanınmasında, onların itedadlarının işıqlandırılması yönündə Mehriban xanım Əliyevanın bu sahəyə olan diqqətinin xüsusi əhəmiyyət kəsb etdiyini də əminliklə deyə bilərik. Və bununla da milli musiqi tariximizi, milli dəyərlərimizi nəsillərdən-nəsillərə ötürərək bu tarixi missiyası ilə Mehriban xanım Əliyeva milli musiqi tariximizin səhəfəsindən silinməkdə olan muğamımıza yeni nəfəs verib yaşadaraq zirvələrə qaldırdı. Bütün bunlarla yanaşı xanım liderin təşəbbüsü ilə ölkəmizdə Beynəlxalq Muğam Festivallarının keçirilməsinə start verildi. Bundan sonra Azərbaycan bir çox beynəlxalq miqyaslı musiqi festivallarına ev sahibliyi etməyə başladı.

Beynəlxalq Muğam festivalında muğamın fəlsəfəsindən, dinləyiciyə bəxş etdiyi mənəvi zövqdən bəhs edərək Mehriban xanım Əliyeva demişdir: “Əziz dostlar! Hər bir xalqın, hər bir millətin ən böyük sərvəti onun mədəni irsidir. Azərbaycan qədim və zəngin tarixə, mədəniyyətə malik olan bir ölkədir. Əsrlər boyu bizi bir millət kimi qoruyub saxlayan mədəni irsimiz, dilimiz, ədəbiyyatımız, poeziyamız, musiqimiz olub. Muğam isə əsl sənət incisidir. Təsadüfi deyil ki, Azərbaycan muğamı UNESCO-nun bəşəriyyətin mədəni irsinin şah əsərləri siyahısına salınıb və çox sevindirici haldır ki, artıq bu siyahıda Azərbaycan tarı və tar ifaçılığı da vardır. Bu, bizim mədəni irsimizə, mədəni irsimizin qorunmasına dünya miqyasında göstərilən diqqətin və qayğının göstəricisidir.

Əziz dostlar! Yəqin bilirsiniz ki, bu festival Heydər Əliyev Fondu tərəfindən hazırlanır. Heydər Əliyev Fondu fəaliyyətinin ilk günündən mədəni irsimizin qorunmasına xüsusi diqqət yetirir. Biz bu sahədə bir çox tədbirlər hazırlayıb həyata keçiririk, bir çox festivallar reallaşdırırıq”.

Son söz əvəzi: Milli musiqi tariximizin inkişafının, milli dəyərlərimizin qorunub saxlanılmasının, milli-mədəni irsimizin, mədəniyyətimizin dünya arenasında tanınmaq təntənəsini, mədəniyyət sahəsində ölkəmizdə gedən inkişaf proseslərinə verdiyi töhfələrə görə birmənalı olaraq Mehriban xanım Əliyevaya borclu və minnətdarıq. Ona ictimai-siyasi fəaliyyətində və şəxsi həyatında daim uğurlar diləyir, cansağlığı ilə bundan sonra da günəşin şəfəqləritək parlaq və uzun ömür arzulayıram.

İsa Rəvan