Azərbaycanlıların torpaqlarına niyə tonlarla “Koka-kola” töküldü? – Sirli olayın inanılmaz səbəbi

Azərbaycanlıların torpaqlarına niyə tonlarla “Koka-kola” töküldü? – Sirli olayın inanılmaz səbəbi

28 May 2023 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

“British Petroleum” şirkətinin əsası ingilis biznesmeni və hüquqşünası Uilyam Noks Darsi tərəfindən qoyulub. 1901-ci ilin mayında Uilyam neft axtarışı üçün İran hökumətindən rəsmi icazə alır. O, neft axtarışı üçün əsas mühəndis kimi Corc Reynoldsu işə alır. Şirkət ilk illərində heç bir nəticə əldə edə bilmir. İxtisaslı kadrların çatışmaması, İran hökumətinin şirkətə dəstək göstərməməsi, yerli əhalinin gəlmələrə qarşı pis münasibəti şirkətin maliyyə resurslarını tükətdi. 1905-ci ildə “Burmah Oil” şirkəti İranda yeni neft ehtiyatları axtarışı üçün yatırımlar etdi.

Şirkətin ilk kəşf etdiyi neft yataqları 1908-ci ilin mayında İranın cənub-qərb hissəsində Məşid və Süleyman adlı neft yataqları oldu. Artıq 1909-cu ildə ingilis-fars neft şirkəti (Anglo-Persian Oil Company) formalaşdırılmışdı. Şirkətin səhmlərinin 97%-i “Burmah Oil”ə məxsus idi. Qalan səhmlərin sahibi şirkətin birinci sədri Lord Stratkona idi.

Lakin burada yaşayan yerli azərbaycanlılar öz torpaqlarını ingilislərə vermək istəmirlər. İran hökumətinin və ingilislərin bütün təsirinə baxmayaraq azərbaycanlılar ordan çıxmırlar. İngilislər çıxış yolunu Hindistandan zəhərli ilanlar gətirib həmin ərazilərə buraxmaqda görürlər. Zəhərli ilanlar qısa müddətdə yerli əhaliyə böyük itkilər verir. Uşaqların ilan sancmaları o qədər sürətlənir ki, əhali çıxış yolu kimi burdan qaçmağı seçir. 3 ay içərisində azərbaycanlılar neftli torpaqları tərk edib, digər yerlərə köçürlər. İngilislər istəklərinə çatırlar… Boş ərazidə qalan ilanları öldürmək üçün Amerikadan tonlarla “Koka-Kola” gətirib əraziyə tökürlər.

İlanlar qısa zamana məhv olur və beləliklə dünyanın nəhəng şirkəti – İran-ingilis neft konseriumu BP yaranır…

Şirkətin genişlənməsi Birinci dünya müharibəsindən sonra oldu. Marketinqin yeni metodları tətbiq edilmişdi, məsələn, nefti indi yeni iki qallonlu bankalarda satırdılar. İngilis-fars neft şirkəti həmçinin İran və İraqda öz məhsullarını istehsal edirdi. 1921-ci ildə elit hərbi süvari briqadanın rəhbəri Rza Xan (sonradan Rza Şah) İngiltərə və digər Avropa dövlətlərinin dəstəyi ilə Qacarları devirdi. 1925-ci ildə Məclis onu yeni sülalənin – Pəhləvilərin ilk hökmdarı kimi tanıdı. Dövlətin adı isə İran adlanmağa başladı. Niyə məhz İRAN?

Bəzi “tarixçilər” bu adın qədimdən gəldiyini yazırlar. Guya İran adı qədim əlyazmalarda, qaynaqlarda və mənbələrdə çəkilir. Hətta bəziləri bunun arilərlə bağlı olduğunu yazırlar. Guya Arilər – hind-iranlılar hind-avropalıların tərkib hissəsi olduğundan “İran” sözünün mənşəyinin “ari” sözü ilə bağlı olması məlumdur. Onlar da bunu ilk dəfə Nəqşi-Rüstəmdəki I Ərdəşirin qabartmalı yazılarında farscada Ērān, Pəhləvicə ʼyrʼn sözlərindən əmələ gəlməsini əsas götürərək iddia edirlər. Düzgün tərcümə və izah olmadığından Parf dilindəki yazıda kral üçün ardašīr šāhān šāh aryān –yazılmasını arilərlə bağlayırlar.

Əslində, bu ad İran adı deyil. Heç Arilərlə bağlığı da yoxdur. Tarixi faktları təsdiq edən qaynaqlara nəzər saldıqda isə tamamilə fərqli bir mənzərə ilə qarşılaşırıq. Demək olar ki, səhih mənbələrdə “İran” sözünün “Arran” kimi yazılmış olduğu qarşımıza çıxır, bir çoxu da bu faktı görməzdən gəlirlər. Bu ayrı mövzudur, geniş işlənməli, yəqin ki, bu barədə də yazacam.

Əsl sual budur: Niyə məhz İRAN adı Qacar dövlətinin yerinə adlanmağa başladı? Böyük Britaniya 1-ci dünya müharibəsindən sonra anladı ki, dünyanın sahibi olmaq üçün silah və neft lazımdır. Almaniya kansleri Otto fon Bismarkın 1862-ci il sentyabr ayının 30-da Almaniyanın birləşməsilə əlaqədar olan çıxışının başlığında istifadə etdiyi “dəmin və qan” strategiyasının nə ilə nəticələndiyini görəndən sonra “Dəmir və Neft” strategiyasına qədəm qoydu. İngilis dilində “İron və oil” mənasını ifadə edən “dəmir və neft” Britaniyanın dünyaya ağalıq etməsi üçün əsas şüara çevrildi. Bu strategiyanı seçən güclər isə qədim inanclara xidmət edən gizli ordenlər idi. Onlar məhz qədim Misir allahları olan Amon-Ra-nı özlərinin Tanrıları sayırdılar. Amon-Ra bütün allahların himayədarı və fionların atası hesab edilirdi. “Qızılı günəş” deməkdir. Onlar belə hesab edirlər ki, Şərq inkişaf simvoludur. Onlar göydə hərəkət edən Günəşə tərifilər yağdırırlar. Bu şəxslər də da buna uyğun olaraq Şərqdən Qərbə istiqaməti əsas götürüblər. Məqsəd bu yolla günəş enerjisindən özlərinin məqsədləri üçün istifadə etmək, bu prosesi nəzarət altında saxlamaqdır. Buna görə də böyük şirkətlər qurur və adlarını qədim Misir allahlarına uyğunlaşdırırlar.

Ona görə də bugünkü İran adı Amon-Ra sözünün birləşməsindən əmələ gələn Şirkət brendidir. Britaniyada, ilk olaraq Şotlandiyada yaradılan ordenin loqosunda əks edilən sözdü.

“Amon-Ran”

Məhz BP şirkətinin sahibləri də bu ordeninin varisləridir.

Rza şaha təklif edəndə ki, Persiya adını qəbul edək, o bundan qətiyyətlə imtina edib, İran adı üzərində durmuşdu. Onun özü də Amon-Ra ordenin üzvü idi.

Zaur Əliyev, dosent