XƏTAİ RAYONUNDA MÖHTƏŞƏM QURBAN BAYRAMI

XƏTAİ RAYONUNDA MÖHTƏŞƏM QURBAN BAYRAMI

29 İyun 2023 21:50
Bəyəndim (37) Bəyənmədim (2)

Qurban bayramı münasibətilə ölkəmizdə bir sıra dövlət qurumları tərəfindən konsert proqramları təşkil olunmuşdur. Bunların sırasında Xətai Rayonu İcra Hakimiyyəti tərəfindən keçirilən, 28 iyun 2023-cü il tarixində Heydər Əliyev adına parkda baş tutan konsert proqramı da öz rəngarəngliyi ilə seçilirdi. Xətai rayon sakinləri üçün təşkil olunmuş konsert proqramında dünya səviyyəli sənətkarımız, Azərbaycan Respublikasının Əməkdar artisti Səlim Abbasov, sevilən müğənni Vüqar Bəxtiyar, sevilən parodist Ramil Abdullayev öz çıxışları ilə hər kəsin zövqünü oxşayaraq, alqışlar qazandılar. Konsertdə şəhid övladları da çıxış edərək vətənpərvər ruhda şeirlər söylədilər və musiqisi Səlim Abbasova, sözləri Fuad İbrahimova aid olan “Mehriban Şuşa” mahnısını ilk dəfə Səlim Abbasovla birlikdə ifa etdilər. Onların birgə çıxışları tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılandı. Gözəl hava şəraitində, mənzərəli ortamda bir-birindən maraqlı ifalarla təşkil olunmuş konsert proqramı Xətai rayon sakinləri üçün yaddaqalan oldu.

Jurnalist: Ülviyyə Hacılı