“QIZIL ZƏFƏR” BAYRAMI

“QIZIL ZƏFƏR” BAYRAMI

11 Noyabr 2023 14:14
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan dövlətinin və xalqının dünya tarixində son 3 ilin eyforiyası olan 8 noyabr tarixi Azərbaycanın qəhrəmanlıq salnaməsinə yazılaraq qızıl hərflərlə həkk olunubdur. Vətən müharibəsində Ermənistan ordusu üzərində qələbəmiz məhz 8 noyabr tarixində başa çatdı. 30 ildən artıq bir dövrdə işğal altında olan əzəli torpaqlarımız möhtərəm Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli Azərbaycan ordusunun şücaəti nəticəsində işğaldan azad oldu.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin haqq və şərəf savaşı olan İkinci Qarabağ müharibəsində qələbəsini təmin edən əsas amillərdən oldu. Bununla bağlı Prezident İlham Əliyev bu qələbəni qeyd etmək üçün xüsusi bayram gününün təsis edilməsi barədə sərəncam imzalamışdır. Həmin vaxtdan indiyə kimi hər il 8 noyabr tarixində “ZƏFƏR” bayramı həm dövlət səviyyəsində, həm də ayrı-ayrı təşkilatlar tərəfindən böyük coşqu ilə qeyd edilməkdədir.

Hər zaman vətənpərvər ideyaları ilə seçilən, dövlət və dövlətçiliyə əsas önəm verərək Azərbaycanın tarixinə məxsus mühüm tədbirlər həyata keçirən “Zümrüd-M Production” məhz bu məqsədlə 07. XI. 2023-cü il tarixində “ZƏFƏR” Bayramımızla bağlı təşkil etdiyi “Qızıl Zəfər” adlı tədbir keçirmişdir. Tədbirdə şəhid ailələri və qazilər, Millət vəkili Vüqar İsgəndərov, professor doktor Rəşid Mahmudov, Zirvə İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Elçin Axundzadə, televiziya və media nümayəndələri, incəsənət xadimləri iştirak etmişdir. Tədbirdə iştirak edənlər çıxış edərək ürək sözlərini deyib Zəfər bayramının sevincini bölüşdülər. Eyni zamanda tədbirə dəvət olunan qonaqlara “Zümrüd-M Production” tərəfindən hazırlanan xüsusi “Qızıl Zəfər” diplomu və hədiyyələr təqdim olundu.

Tədbirin açılışı Azərbaycan himni ilə başladı. Ardınca isə bir dəqiqəlik sükutla torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimiz anıldı. Sonra isə tədbirin aparıcıları Zümrüd Güləliqızı və Şirməmməd Hüseynovun təqdimatında saz ifaçısı Orxan Ziyadxanoğlunun sazda möhtəşəm ifasının sədaları altında vətənpərvər Azərbaycan oğulları Azərbaycan bayraqları ilə içəri daxil olub zal boyu hərəkət edəndən sonra gəlib səhnə önündə dayandılar.

Tədbirdə iştirak edən müğənnilər Günel Ələkbərova, Rəşad Altunsəs, Maral Tahirqızı, əməkdar artist Səlim Abbasov, aşıq Mübariz və başqaları möhtəşəm ifaları ilə tədbirdə böyük coşqu yaratdılar.

Qeyd edək ki, “Qızıl Zəfər” adlı tədbir Azərbaycanda fəaliyyət göstərən Hind Klinikasının baş həkimi Dr. Rajani Chandra , Gülşən Naxış Moda Evi və Bəylər Rəhimbəylinin rəhbərliyi ilə Xanlar restoranının sponsorluğu ilə həyata keçirilmişdir.

Məlumat üçün bildirək ki, “Qızıl Zəfər” mükafatı alan hər bir tədbir iştirakçısına, şəhid ailələləri və qazilərə Hind klinikası tərəfindən özəl olaraq 100 manatlıq ozonoterapiya müayinəsi və 50 faiz endirimlə xüsusi proseduralardan keçməklə müayinə və müalicə kuponu təqdim olundu.

Oxuməni.az