TAMAŞAÇILARI BEZDİRMƏK OLMAZ-Video

TAMAŞAÇILARI BEZDİRMƏK OLMAZ-Video

26 Noyabr 2023 18:54
Bəyəndim (8) Bəyənmədim (1)

Sevilən və şarmlı müğənnimiz Məsumə Əliyeva efirlərdə ara-sıra görünməyinin məntiqli səbəbini odlu-alovlu fikirləri ilə “Oxu Məni.az saytına söylədi:

-Müğənni, sənət adamı üçün ən böyük uğur, xoşbəxtlik tamaşaçı sevgisi, istəyi və tələbatıdır. Sevildiyimdən məmnunam. Efirlərdə tez-tez görünməyə lüzum görmürəm. Gündə efirlərdə ola bilərəm, bu, mənim üçün problem deyil. Sadəcə özümə hörmət edirəm. Buna görə də efirlərdə az-az görünürəm. Tamaşaçı gözünü mazol etmək olmaz.

Gündə efirlərdə görünmək gündəm deyil. Tamaşaçı eyni müğənniləri görməkdən bezib. Xanım müğənnilərimiz də maşallah, o qədər plastik əməliyyatlar edirlər ki, hamısı bir-birinə oxşayır, eyniləşirlər. Sənət hər şeydən üstündür. Süni, sonradan yaranan “gözəlliyin” ömrü də qısa olur. Zamanı gələndə buz kimi əriyib gedir.

Əsgər qardaşlarım üçün verdiyim konsertlərim, onların mənə olan sevgisi bəsimdir. Allah əsgərlərimizi, bütün ordumuzu qorusun!

Hər efir görüşümdən sonra uzun zaman məsafəsi ilə yaddaşlarda qalıramsa, bu mənim siyasətimin bəhrəsidir...

Düz sözə nə deyəsən. Əsas sənət və tamaşaçı sevgisidir. Həmişə sevgi əhatəsində olun, Məsumə xanım!

Oxuməni.az

İsa Rəvan