DÜNYA TV – DOĞMA KANAL!

DÜNYA TV – DOĞMA KANAL!

1 Dekabr 2023 09:53
Bəyəndim (0) Bəyənmədim (1)

Dünya televiziyası yarandığı ilk gündən tamaşaçı auditoriyasının zövqünü oxşamağa çalışıb və buna nail olub. Dövlətimizə, dövlətçiliyimizə, xalqımıza vicdanla xidmət edən televiziya, dövlətimizin şanlı qələbəsini, uğurlarını, ölkə başçısının misilsiz fəaliyyətini, dövlətimizin, ordumuzun gücünü, Qarabağ zəfərimizi, Qarabağdakı ikinci həyatı, Azərbaycan həqiqətlərini hər zaman öz tamaşaçılarına layiqincə çatdıraraq təbliğ edir, işıqlandırır, həqiqətləri göstərir, uğurlara işıq tutur.

Televiziyada aparılan islahatlar, kadr siyasəti öz nəticələrini verir. Kanalın son illik fəaliyyəti göz qabağındadır. Müasir televiziya baxış bucağı, televiziya-xalq, xalq-televiziya vəhdəti, doğmalığı, xalqın sözünü çatdırmaq, həmişə onlarla bərabər addımlamaq, problemlərinə yardımçı olmaq televiziyanın sevilməsinə dəlalət edən ən müsbət amillərdən biridir. Aybəniz Hacıyevanın Dünya televiziyasına Baş direktor təyin olunması kanalın ziyalı kanal səviyyəsinə çatmasına səbəb oldu. Kanalda gedən verilişlər təkmilləşdirildi, işçılərin məsuliyyəti daha da artdı. Aybəniz xanımın tələbkarlığı, layihələri, işinə məsuliyyətlə yanaşması uğurlara açar oldu. Xanım rəhbərin xanım səliqəsi verilişlərə də öz səliqə gücünü göstərdi, aparıcıların məsuliyyətini gücləndirdi.

Kanalın prezidenti, Əməkdar jurnalist Ramiz Hüseynovun rəhbərliyi, birbaşa şəxsi təşkilatçılığı ilə Dünya televiziyasının həyətində keçirilən dövlət tədbirləri, konsertlər sakinlər, tamaşaçılar və ziyalılar tərəfindən alqışlarla qarşılanır. Ulu Öndər Heydər Əliyevlə bağlı təşkil olunan verilişlər, tədbirlər, konsertlər özəlliyi və səviyyəsi ilə seçilir. Və bir sadiqlik ənənəsi olaraq illərdir ki, müntəzəm tamaşaçılara təqdim olunur, təbii ki, canlı yayımlanır və tamaşaçılarla birgə Ulu Öndərin keçdiyi şərəfli yola işıq tutularaq anılır.

Proqram direktoru Rəhmiyyə Hüseynovanın təqdimatında “Həftə” analitik icmalda aparıcının xəbərin əsas məntiqini, məzmununu, xəbərin ruhuna uyğun oxunması, səsləndirməsi, xəbərin obrazını yaratmaq qabiliyyəti peşəkarlıqla alınır və tamaşaçını xəbərlərlə tanış edir, maarifləndirir.

Yaradıcılıq departamentinin rəhbəri İbrahim Azərinin yeni ideyaları ilə kanalın baxımlılığına təsir edən məsləhət və tövsiyələri özünü doğruldur və yeniliklər gözə çarpır. Apardığı “İbo –Şou” proqramını kanalın ən baxımlı verilişi zirvəsinə qaldırdı. Veriliş sevilir və reytinqini saxlayır. Bu, birmənalıdır. Samir Bayramlının “Tam səmimi”, Qurban İsmayılovun “Bir ömürlük xatirə”, Pərvanə Zəngəzurlunun “Aşıq Pəri”, Şəlalə Nərimanın “Birlikdə” proqramları baxılan verilişlərdəndir. Səhiyyəmizlə bağlı “Alo, doktor”, “Faydası var” verilişləri sağlamlıqla maarifləndirmə işinin öhdəsindən gəlir və baxılır. Xuraman Aydınqızının “Bu sabah”, Könül Həbibqızının “Üz-üzə”, DTV Aktual proqramlarının da sevən tamaşaçı kütləsi var. Bölğə müxbirlərinin xəbər çatdırmaq operativliyi diqqət cəlb edərək operativlik davam edir.

Kanal yarandığı gündən bu günə kimi kanalda çalışan Ramiz Bəhraminin əziyyətini, xidmətlərini qeyd etməsəm günah edərəm. Yorulmadan çalışan, hər kəsin “Ramiz dayı” deyə çağırdığı fədai yaşayın, yaradın. Xarici filmlərin, kliplərin yayımı tamaşaçıların ürəyincədir. Dünya TV.az saytı da oxunur, Cəmilə Nəsirqızının sayəsində xəbərlər vaxtında sayta yerləşdirilir və oxucuların ixtiyarına verilir.

Müəllif layihəsi olan “Xalqın səsi” musiqi yarışması Əməkdar artist Çingiz Əhmədovun təqdimatında çox qısa bir vaxtda öz sözünü baxımlılığı ilə dedi və Azərbaycan teleməkanlarında yayımlanan verilişlər içərisində özünə geniş tamaşaçı auditoriyası topladı. Dünya televiziyası beynəlxalq yayımla dünyanın hər yerinə yayımlanır.

Dünya televiziyasının hər bir əməkdaşına uğurlar arzulayırıq. İşiniz uğurlu, verilişləriniz gur olsun!

Ardı var...

Alim Nəbioğlu