Balıq əhvəlatı

Balıq əhvəlatı

15 Yanvar 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

İnsan həyatı çətin və keşməkeşli olsa da bu həyatda maraqlı və gözəl anlar da yox deyildir. Bəzən keçmişdə baş verənləri xatırlayanda qəribə bir təbəssüm yaranır dodaqlarda. Bu dəfə haqqında yazacağım Adıgözəl uşaqlıq dostumdur.
Adıgözəlin dediyinə görə ailədə yeddi qardaş olublar. Buna baxmayaraq atası ən çox onu istəyirmiş. Adıgözəlin böyük qardaşlarını yaxşı tanımasam da onların Xubiyar, Şahgəldi kimi qəribə adları olduğunu bilirdim. Evdə, qohum - qardaş arasında Adıgözəli çox istəmələrinə səbəb onun evin sonbeşiyi və adının da gözəl və sadə səslənməsi idi. İndi isə keçək Adıgözəllə aramızda olan yaxınlıq hekayəsinə. Məndən
təxminən 5 yaş kiçik olan Adıgözəllə hələ orta məktəbin 9-10 cu siniflərində oxuyanda, yay tətili günlərində çayda balıq tutarkən tanış olmuşuq. Adıgözəlin balıq tutmağa xüsusi həvəsi vardı. O hələ səhərin gözü açılmamış oz tilovlarını götürüb çaya gedər, ən yaxşı halda nahara evə gələrdi. O da bəzən.
Mən də ara- sıra çaya baş vurardım, bəzən xoş əylənmək, günü maraqlı keçirmək üçün öz qırmaqlarımı suya atar, intizarla balığın qıra düşməsini gözləyərdim. Bəli, mən elə o vaxtlar bu “balaca balıqçı” ilə tanış olmuşdum. Aradan illər keçdi. Mən uniuversitetə qəbul oluhdum. İşlərim çox olduğu üçün balıq tutmağa nə
vaxtım vardı, nə də ki həvəsim. Amma araya düşəndə tilovumu götürüb əvvəllər olduğu kimi balıq tutmaqla vaxtımı dəyərləndirirdim. Çaylağın məşhur balıqçısını da bəzən orda görürdüm.
Günlərin bir günü yenə də çaya getmişdim. Necə olmuşdursa o gün həmişəkindən daha çox balıq tuta bilmişdim. Elə bil o gün özümə gülürdü. Hər tilovu çəkəndə qırmağda balıq görürdüm. Birdən yanımda yenə də “məşhur balıqçını”gördüm. O mənə yaxınlaşıb dedi: - “Bilirsən bu gün atamın qonaqları gələcək, mənə balıq tutmağı tapşırıb. Amma nədənsə məndə bu gün alınmır”.
Adıgözəl azacıq fasilədən sonra gözünü yerə dikib soruşdu: - “Bu gün tutduğun balıqları mənə verərsənmi?” Məhəllədə məşhur balıqçı kimi tanınan dostumun sualı mənə qəribə gəlsə də, onun bu vəziyyətinə acıdım. Əlimdə olan bütün balıqları vedrə qarşıq ona verdim. Amma Adıgözəl yerindən tərpənmək istəmirdi və sözlü adama oxşayırdı. Mən ona cibimdəki 5 manat pulumu uzatdım. O
sevincək halda məndən uzaqlaşdı. İş elə gətirdi ki, o gündən yolum bir də çaya
düşmədi.

Aradan illər keçsə də Adıgözəldən xəbər- ətər olmadı. Bir də xəbər tutdum ki, Adıgözəl hərbi xidmətdən qayıdıb. Açığını desəm o vaxtlar elə dövrlərə təsadüf olunurdu ki, hərbi xidmətin müddəti tam müəyyənləşməmişdi. Orduda hələ də intizamsızlıq hökm sürürdü. Sonradan eşitdim ki, balıqçı dostum xidmət etdiyi hərbi hissədə nəsə qanunsuzluğa yol verib. Odur ki, o bir müddət həbsxanda yatmışdır. Bütün bunları xatırlayaraq balıqçı dostuma baş cəkmək qərarına gəldim. Necə olsa da mən ona bir yaxşılıq da etmişdim. Ən azından buna görə bir- birimizi görməyimiz yerinə düşərdi. Adıgözəlgilin evləri getdiyim yolun üstündə olduğundan öz işimi təxirə salib həyətlərinə girdim. Qonaq- qaralı ev olduğu hiss
olunurdu. Girişdə Adıgözəlin bacısı bildirdi ki, otaqda yoldaşlarını başına yığıb oturub. Ona da “göz aydınlığı” verib otağa sarı addımladım. Düşündüyüm kimi Adıgözəl maraqlı əsgər həyatından o ki, var danışır. Axı o həm də “türmə” də olmuşdu.
Dostları başına yığılmış əsgər həqiqətən də nəyi isə izah edə - edə, əl-qol ata- ata danışırdı. Məni görüb yalnız başını qaldırıb baxmaqla kifayətləndi. Mən göstərilən yerdə oturub köhnə dostumun danışıqlarına qulaq asmağa başladım.
Dostum danışırdı: ....əlimi suya salıb boynundan tutdum. Bir az bu vəziyyətdəüzüyuxarı apardım. Qaldırıb sudan çıxarmaq istəyirdim ki, balıq yenə əlimdən
qaçdı....

Mehman Fərmanov

Aradan illər keçsə də Adıgözəldən xəbər- ətər olmadı. Bir də xəbər tutdum
ki, Adıgözəl hərbi xidmətdən qayıdıb. Açığını desəm o vaxtlar elə dövrlərə təsadüf
olunurdu ki, hərbi xidmətin müddəti tam müəyyənləşməmişdi. Orduda hələ də
intizamsızlıq hökm sürürdü. Sonradan eşitdim ki, balıqçı dostum xidmət etdiyi
hərbi hissədə nəsə qanunsuzluğa yol verib. Odur ki, o bir müddət həbsxanda
yatmışdır. Bütün bunları xatırlayaraq balıqçı dostuma baş cəkmək qərarına
gəldim. Necə olsa da mən ona bir yaxşılıq da etmişdim. Ən azından buna görə bir-
birimizi görməyimiz yerinə düşərdi. Adıgözəlgilin evləri getdiyim yolun üstündə
olduğundan öz işimi təxirə salib həyətlərinə girdim. Qonaq- qaralı ev olduğu hiss
olunurdu. Girişdə Adıgözəlin bacısı bildirdi ki, otaqda yoldaşlarını başına yığıb
oturub. Ona da “göz aydınlığı” verib otağa sarı addımladım. Düşündüyüm kimi
Adıgözəl maraqlı əsgər həyatından o ki, var danışır. Axı o həm də “türmə” də
olmuşdu.
Dostları başına yığılmış əsgər həqiqətən də nəyi isə izah edə - edə, əl-qol
ata- ata danışırdı. Məni görüb yalnız başını qaldırıb baxmaqla kifayətləndi. Mən
göstərilən yerdə oturub köhnə dostumun danışıqlarına qulaq asmağa başladım.
Dostum danışırdı: ....əlimi suya salıb boynundan tutdum. Bir az bu vəziyyətdə
üzüyuxarı apardım. Qaldırıb sudan çıxarmaq istəyirdim ki, balıq yenə əlimdən