Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

12 Aprel 13:44
Bəyəndim (0) Bəyənmədim (0)

Sənlə keçən günlərim

Bir əbədi həyatdır,

Sənlə keçən günlərim.

Cör necə səadətdir,

Sənlə keçən günlərim

***

Şirin dolu röyadır,

Coşqun axan gur çaydır,

Minbir nemət, min paydır

Sənlə keçən günlərim

***

Günəş olub çıxandı,

Zülmətləri yıxandı.

Şimşək olub çaxandı,

Sənlə kecən günlərim

***

Gül-çiçəkli bir yazdı,

Həm kamandı, həm sazdı.

Min nəğmə, min avazdı,

Sənlə keçən günlərım

Mən səni gözləyirəm

Mən səni gözləyirəm,

Səhər günəş doğanda.

Milyonların qəlbinə

Günəş nuru yağanda

***

Mən səni gözləyirəm,

Min yol saçını yolan,

Yağışa həsrət qalan,

Susuz səhralar kimi.

***

Mən səni gözləyirəm,

Həsrətin işığında.

Mənə ümid verəcək,

Bir şirin baxışında.

***

Mən səni gözləyirəm,

Bilirəm gələcəksən.

Şirin nəğmələrinlə,

Şəfəqlər saçacaqsan.

***

Amma...

Gəlməsən də gözlərəm.

Min yol ölüb dirilsəm,

Zərrə, zərrə çürüsəm

Yenə səni gözlərəm,

Yenə səni gözlərəm...

Əzız Mustafa