Səni hər gün görəydim

Səni hər gün görəydim

13 Aprel 10:23
Bəyəndim (0) Bəyənmədim (0)

*

Səni hər gün görəydim

Səni hər gün görəydim,

Coşaydım, çağlayaydım,

Ətirli çiçəklərdən

bir çələng bağlayaydım,

Mən sənə saxlayaydım.

***

Səni hər gün görəydim,

Sinəmdəki ürəyim

Sevincdən döyünəydi,

Eşqinlə öyünəydi,

Ruhum göydən enəydi...

***

Səni hər gün görəydim,

Dan yeri ağaraydı,

Gül-gülü çağıraydı,

Göz-gözə sarılaydı,

Könlüm ilham alaydı

***

Səni hər gün görəydim,

Günəş göydən doğaydı,

Zülmətlər boğulaydı.

Sənə həsrət bu qəlbim

Ətrindən bayılaydı.

***

Səni hər gün görəydim,

Buludları qovaydım

başımın üzərindən.

Mən yanında qalaydım,

Xəyallara dalaydım

***

Səni hər gün görəydim,

Həzin nəğmən olaydım.

Sərin bir mehə dönüb

saçlarını yolaydım,

Sinənə baş qoyaydım...

***

Səni hər gün görəydim,

Telini oxşayaydım,

Sərhədləri aşaydım,

Gələcək günlərimi

Səninlə dolaşaydım.

***

Səni hər gün görəydim,

Əllərini açaydın,

Mənə doğru qaçaydın.

Arzu-kama çataydım,

Dərdi-qəmi ataydım

***

Səni hər gün görəydim,

Səmadan ulduzları

mən yerə endirəydim.

Saçlarına gül deyil

-ulduzları düzəydim

***

Səni hər gün gorəydim,

Əllərindən öpəydım.

Bu sevgidən məst olub

Eşq balına bataydıq,

Şirin-şirin yataydıq.

***

Səni hir gün görəydim,

Mavi səman olaydım,

Zülmətdən qoruyaydım.

Saclarını oxşayıb

ətrindən məst olaydım.

***

Səni hər gün görəydim,

Əllərinin ətrınə,

Ürəyimi verəydim.

Çırpınaydı ürəyim ,

Səni sevirəm, deyə,

Səni sevirəm, deyə...

Sənsiz keçən günlərim

Esq oduna qalandı,

hər gün min yol talandı.

Qəmli nəğmə çalandı,

Sənsiz keçən günlərim

***

Kərəm olub yanandı,

Min bir dərdə dayandı.

Nə yatdı, nə oyandı,

Sənsiz keçən günlərim

***

Bulud olub ağladı,

Sinələrı dağladı.

Mİn bır qubar bağladı,

Sənsiz keçən günlərim

***

Nəsimi tək soyuldu,

Hərraclara qoyuldu,

min yol saçını yoldu

Sənsiz keçən günlərim

***

Xəzan olub sovuldu,

Qapıardan qovuldu.

Xırpalandı, ovuldu,

Sənsiz keçən günlərim

Əziz Mustafa