Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

14 Aprel 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

Necə sevməyim səni

Aymısan, mələkmisən,

Göydən yerə enmisən.

Mehmisən, küləkmisən,

Necə sevməyim səni

***

Gözlərindən nur yağır,

Seltək qəlbimə axır.

Üfüqdən günəş baxır,

Necə sevməyim səni

***

Sən çağlayan cayımsan,

Baharımsan, yayımsan,

Sevda dolu payımsan,

Necə sevməyim səni

***

Göz danışar, dil susar,

Köz alışar, kül susar.

Çəmən gülər, gül susar,

Necə sevməyim səni

***

Sənki şirin nəğməsən,

Qəlbimdə, könlümdəsən.

Harda olsan mənləsən,

Necə sevməyim səni

***

Mənı məndən almısan,

Eşq oduna salmısan.

Ürəyimi çalmısan,

Necə sevməyım sənı

***

Gözün mənə gəl deyir,

Dağı, daşı dəl deyir.

Ver əlimə əl, deyir,

Necə sevməyim səni

Oxudu yenə Gülyaz

Azərbaycanın Xalq artisti Gülyaz Məmmədovaya

Kol dibində bənövşə,

Ruha verir o nəşə.

Sevindi, güldü bu yaz,

Oxudu yenə Gülyaz

***

Nəğmə nəğməyə döndü,

Düşmənin odu söndü.

Gecə Günəş göründü,

Oxudu yenə Gülyaz

***

Üfüqlər al boyandı,

Quşlar erkən oyandı.

Bülbül bu səsə yandı,

Oxudu yenə Gülyaz

***

Çəmən oldu gülüzar

Bülbül gülə oldu yar

Nalə çəkdı kaman, tar

Oxudu yenə Gülyaz

Əziz Mustafa