Normandiyaya desant çıxarılması faşizmin Fransa formasında ortaya çıxması demək oldu
Normandiyaya desant çıxarılması faşizmin Fransa formasında ortaya çıxması demək oldu.
Bu gün Avropada müttəfiq qoşunlarının Normandiyaya desant çıxarılmasının 80-ci ildönümü qeyd edilir. Bununla bağlı hər il olduğu kimi bu ildə də faşizmə qarşı mübarizədə iştirak edən ölkələrin liderləri, dövlət, hökumət başçıları, o cümlədən 200-ə yaxın müharibə veteranı daxil olmaqla 4500 qonaq Fransaya səfər edərək bayram tədbirlərini qeyd edirlər. Qonaqlar arasında ABŞ prezidenti Co Bayden, Böyük Britaniyanın baş naziri Rişi Sunak, Kanadanın baş naziri Castin Trüdo və Almaniya kansleri Olaf Şolz da var.
Bundan əlavə təntənəli tədbirlərdə iştirak etmək üçün Britaniya kral ailəsinin nümayəndələri - Kral III Çarlz, Kraliça Konsorti Kamilla və Uels şahzadəsi Uilyam da Fransaya gəliblər.
Faşizm üzərində qələbədə payı olan SSRİ-nin varisləri olan müstəqil dövətlərə, o cümlədən Rusiyaya dəvət göndərilməyib. Daha doğrusu dəvət yalnız Putinə göndərilsə də, sonradan Fansa onu geri götürüb.
İki gün davam edəcək tədbirlərdə Qərb liderlərinin bir-sıra görüşlər keçirəcəyi və Ukrayna, Fələstin və digər məsələləri müzakirə edəcəyi gözlənilir.
Əlbəttə faşizm üzərində qələbənin bayram edilməsi nə qədər təqdirə layiq olsa da, onun nəticələri o qədər də ürək açan deyil. Belə ki, bu qələbədən sonra faşizm Fransa formasında yenidən xortladı. Hitlerin əsarətindən xilas olunan Fransa müharibənin başa çatmasından az sonra Əlcəzairdə azadlıq mübarizəsinə qalxan əhaliyə qarşı sözün əsl mənasında Hitler faşizmindən daha qəddar soyqırımlarına əl atdı. 3 mlyona yaxın əlcəzairli bu soyqırımının qurbanları oldular. Fransa eyni tərzdə soyqırımlarını-Afrikada da davam etdirdi. Fransanın Hind-Çində ölkələrində, o cümlədən Vyetnamda apardığı qanlı soyqırımlar nəticəsində 2 milyona yaxın insan qəddarcasına məhv edildi.
Nəhayət Alman faşizmi üzərində qələbə dünyanın 5 aparıcı dövlətinin ABŞ SSRİ, Böyük Britaniya, Çin və Fransanın daimi üzvlüyü ilə dünyanın təsir darilərinə bölünməsi demək olan BMT Təhlükəsizlik Şurasının yaradılması ilə nəticələndi. Bundan sonra dünya iki qütbə bölünərək soyuq müharibə dövrünə qədəm qoydu. İki cəbhənin dünyanın müxtəlif bölgələrində toqquşması isə soyqırımlarına yol açdı. Bu gün də belə bir siyasət davam edir.
Bu gün də dünya ədalətsiz olaraq yaradılan BMT TŞ-nin 5 daimi üzvünün digər dövlətlər üzərindəki ağalığını təmin edən vasitəyə çevrilib. Necə deyərlər faşizm məhv edilsə də o başqa formada davam edir.
Əziz Mustafa, Oxuməni.az