Ermənistanın KTMT-ni tərk etməsinə Rusiya Paşinyanın devrilməsi və ya fiziki yolla məhv edilməsi ilə cavab verəcək

Ermənistanın KTMT-ni tərk etməsinə Rusiya Paşinyanın devrilməsi və ya fiziki yolla məhv edilməsi ilə cavab verəcək

13 İyun 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın KTMT-ni tərk etməsinə Rusiya Paşinyanın devrilməsi və ya fiziki yolla məhv edilməsi ilə cavab verəcək.

Ermənistan KTMT-də də qalmaq üçün Belarusun bu qurumu tərk etməsimi tələb edib.

Hər vasitə ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etmək istəyən Ermənistan bu məqsədlə növbəti bəhanə ilə çıxış edib. Belarusun mütəmadi olaraq Ermənistanın qurumdan çıxmaq istəyini tənqid etməsi Paşinyan rejimini özündən çıxarıb.

Dünən Ermənistanın əsas məqsədinin KTMT-ni tərk etmək olduğunu söyləyən Paşinyan bu dəfə Moskvadan gələn sərt reaksiyaya özünəməxsus şəkildə cavab verib. O deyib ki, Ermənistanın KTMT-də qalması ilk növbədə Belausun bu qurumu tərk etməsindən və ya tənqidlərə görə Lukaşenkonun onlardan üzr istəməsindən asılıdır.

Ekspertlərin fikrincə, Ermənistanın bu tələbi külünc və həyasızlıq kimi görünür. Çünki indidən aydındır ki, Ermənistanın bu "tələbi" qəbul edilməyəcək. Lukaşenkonun Ermənistandan üzr istəməsinə gəlincə, bu da inandırıcı görünmür. Lukaşenko ümumiyyətlə üzr istəyən liderlərdən deyil və o buna gedərək beynəlxalq aləmi özünə güldürməz.

Digər tərəfdən də Belarus KTMT-də Rusiyadan sonra ən güclü ölkə hesab edilir və bu baxımdan qurumda belarusları fil, erməniləri isə sərçə kimi dəyərləndirmək olar.

İndiki vəziyyətdə Ermənistanın açıq şəkildə KTMT-ni tərk etməsinə Rusiyanın cavabı isə Paşinyanın devrilməsi, ya da fiziki cəhətdən məhv edilməsi ola bilər. Rusiyanın bu variantlardan hansını seçəcəyi isə Ermənistan daxilində hadisələrin hansı istiqamətdə inkişaf etməsindən asılı olacaq.

Əziz Mustafa, Oxuməni.az