MƏN GÖY ADAMIYAM, YERLƏ İŞİM YOX!

MƏN GÖY ADAMIYAM, YERLƏ İŞİM YOX!

15 Oktyabr 11:46
Bəyəndim (4) Bəyənmədim (0)

Dəyərli bəstəkar – müğənnimiz Arif Səlimov tamaşaçılarına təzəcə lentə aldırdığı “MƏN GÖY ADAMIYAM” adlı mahnı - əsərini təqdim etdi.

Mən Göy adamıyam, Yerlə işim yox,

Mən Göydən gəlmişəm, Göy adamıyam,

Haqqın aşiqiyəm, haqqın gur səsi,

Həqiqət yolunun yanan şamıyam,

Mən Göy adamıyam !!!

Sözləri poeziyamıza ziyalı söz inciləri bəxş edən, təkcə Azərbaycanda deyil, MDB və xarici dövlətlərdə yaxşı tanınan sevilən, poeziyamıza yeni poetik nəfəs gətirən ziyalı şəxsiyyət, alim, şairə, həkim iş xanımı Xuraman Muradovaya məxsus mahnının mayasını fəlsəfə, qayəsini saflıq, müqəddəslik, zirvə ucalığı, ülvilik, haqq aşiqliyi, haqqın səsi, həqiqət yolu, müqəddəslərə sevgi təşkil edir. Hər kəs Tanrının seçilmiş bəndəsi ola bilmir. Mahnı seçilib sevilənlərə ithaf olunub. Möcüzələrlə dolu möcüzə Arif Səlimov şairənin ruhunu, iç dunyasını, Yaradana yaxınlığını və bağlılığını peşəkar formada müsiqinin dili ilə nota köçürüb. Sanki şairə onun ruh əkizidir və o doğmalıq mahnıya xüsusi çalar verib.

Xəyanətkarlardan, ikiüzlü insanlardan, xisləti paxıllıq, gözügötürməmək, xain bəndələrdən uzaq, yalnız Böyük Yaradana sığınan əli, dili dualı, əməlisaleh insanların saflığı musiqinin təsirli, inamlı, ilhamlı not çalarlarıyla sözlə musiqinin vəhdətini bu detalları tamaşaçıya çatdıra bilib. Hər kəs Göy adamı ola bilməz! İki xeyirxah, müdrik şəxsiyyətin birgə yaradıcılıq məhsulu olan əsər artıq youtube kanalında da yerləşdirilib. Mahnının qısa anonsları tamaşaçılarda böyük rəğbət yaradıb. Əminik ki, bu əsər Azərbaycandan hüdutlarda da seviləcək, bəyəniləcək. çünki hər iki müəllif sözün əsil mənasında Allaha bağlı Göy adamlarıdırlar!

Alim Nəbioğlu