BİR QADIN TALEYİ
(REAL HADİSƏLƏR ƏSASINDA)
11-ci hissə
Əvvəli keçən sayımızda
...- Ata, görürəm dünən sənə hər şeyi deyiblər. Bilirsən ata, sənin eşitdiklərin doğrudur, həqiqətən Cahan pozğunluqla məşğuldur. Bir də ki, mən bunu sənə demişdim axı. Məgər unutmusan?
- Deməli onu həkimə aparmalıyam?.
- Həkimə niyə?-deyə Arzu təəccübləndi.
Fazil onun sualını cavabsız qoyaraq ayağa durdu. Mətbəxdən çıxıb otağına keçərək yerinə uzanıb düşünməyə başladı. Arzu isə atası Fazilin sözlərindən həyəcanlanmışdı və bütün olanları həll etmək üçün çıxış yolu axtarırdı.
Məlahət evdə oturub əri Osman üçün yemək hazırlayırdı ki, qapının zənginə qapıya yaxınlaşdı. Qapını açıb bacısı Gülzarın əri Fazili görüb onu içəri dəvət edərək qapını bağladı. Mətbəxə keçib qazı söndürərək geri, qonaq otağına qayıtdı. Fazil divanda oturub Osmanı xəbər aldı. Onun evdə olmadığını biləndən sonra divanda yerini rahatlayıb siqaret yandırdı. Bu arada Məlahət fürsətdən istifadə edib çay gətirmişdi. Fazil Məlahətə baxıb:
- Madam ki, Osman evdə deyil, mən səninlə rahat danışa bilərəm-dedi.
- Nəsə olub, Fazil? Sən qəfil gələn deyildin.
- Hə, Məlahət, bura səninlə Cahan haqqında danışmağa gəlmişəm.
- Cahan haqqında?-deyə Məlahət təəccübləndi.
- Hə Məlahət, niyə təəccübləndin ki?
- Nə bilim vallah, mənə qəribə gəldi.
- Uzatmayacam, Məlahət,-deyə Fazil siqaretini söndürdü:
- Mən sənlə ciddi danışacağam. Xəbərin var ki, Cahan bizi biabır edib?
- Nə?
- Hə, Cahan pozğunluq edir Məlahət,-deyə Fazil çaydan içib ona baxdı.
Məlahət eşitdiýindən nə deyəcəyini bilməyib susdu...
Məlahət eşitdyindən təəccüblənmişdi. Fazil isə bütün olanları Məlahətə danışıb ondan kömək istədi. Məlahət sona kimi onu dinlədikdən sonra dedi:
- Fazil, səni başa düşürəm, atasan, sevməsən belə yenə də Cahan sənin övladındır, nə qədərdə olmasa ondan narahat olursan.
- Məlahət, gərək zamanında rəhmətlik Gülzarı fikrindən daşındırardın.
- Qismət, neyləmək olar. İndi de görüm, fikrin nədir?
Fazil çayını bitirib siqaret yandırdı. Məlahətə baxıb ondan Cahanı həkimə yoxlamağa aparmasını istədi. Məlahət heç bir söz demədi, Fazil ilə razılaşıb onu yola saldı. Açığı Fazildən sonra Məlahət onun dediklərindən dəhşətə gəlmişdi. Nə edəcəyini bilmirdi, amma Fazilin dediyi ilə razılaşıb Cahanı xəstəxanada yoxlatmalı idi.
Həftələr geridə qalmışdı. Məlahət Cahanı yoxlamaya aparmışdı. Özü bunu etməsə də, yaxın həkim həmkarından kömək istəmişdi. Cahan yoxlanışa getmək istəməsə də zor ilə atası Fazilin və xalası Məlahətin təkidi ilə məcburən bu yoxlamadan keçmişdi. Hər şeyin açığa çıxacağından artıq qorxurdu. Onsuz da atası Fazilin ona nifrət etdiyini və bu məsələdən sonra daha çox nifrət edəcəyini bilirdi. Çox narahat idi Cahan, artıq çarəsiz idi. Məlahət cavabları almışdı. Evə gəlib Cahanı evinə çağırmışdı. Qonaq otağında Cahanın yolunu gözləyirdi. Cahan isə xalası Məlahətin onunla görüşmək istəyini biləndən sonra çox narahat idi. Məlahətlə görüşmək istəməsə belə, bu görüşdən qaça bilməzdi. Bu arada bu məsələ ilə bağlı Cahan Humay xanıma da üz tutaraq ondan kömək istəmişdi. Humay xanım isə bu məsələni necə həll edəcəyini bilmirdi. Uzun müddət gizli qalan bir sirrin üzə çıxması Humay xanıma həm narahatçılıq, həm də rahatlıq verirdi.
Cahan xalası Məlahətin evinə gəlib çatmışdı. Qonaq otağında oturub ona baxırdı. Məlahət əlində kağızlar Cahana baxıb:
- Nə yaxşı ki, anan Gülzar sənin bu günlərini görmədi-dedi.
- Xala, hər şey sən düşündüyün kimi deyil. And olsun Allaha ki...
- Sus-deyə Məlahət Cahanın sözünü kəsib ona şillə vurdu:
- Balaca fahişə, pozğun, nəslimizin üz ləkəsi. Bunu necə edə bildin?
Cahan gözləmədiyi bir anda aldığı şillədən əli ilə üzünü tutdu.
Məlahət Cahana baxdı. Əsəbindən boğulurdu, onu boğub öldürməmək üçün güclə özünü saxlayırdı. Cahan isə əlini üzünə tutaraq ona baxıb heç nə demirdi. Məlahət isə:
- Daha sənə sözüm yoxdur-dedi:
- Utanmaz, nəyin əskik idi ki, bu addımı atdın, hə?! Sən niyə öz bakirəliyini itirmisən? Belə pozğunluğa meylin var idi?
- Yox, yox, sən heç nəyi bilmirsən xala.
- Nəyi bilmirəm, hə? Daha nəyi bilməliyəm ki, ay fahişə. Hər şey göz qabağındadır. Sən bu qədər qızmışdın ki, bakirəliyini məhv edirdin?
- Vallah sən düz düşünmürsən xala, sən heç nəyi bilmirsən. Bilmədiyin bir şeyə görə də məni mühakimə etmə, xala.
- Bəsdir!-deyə Məlahət Cahanın üstünə qışqırıb ona daha bir şillə çəkdi:
- Sən ləkəsən, nəslimizə gözdağısan. Dayan, qoy atan gəlsin. Onu çağırmışam gəlsin. Yazığın ürəyi dayanmasa yaxşıdı.
Elə bu arada qapının zəngi çalındı. Məlahət qapıya yaxınlaşıb qapını açdı, Fazil və böyük qızı Arzunu görüb içəri dəvət edərək qapını bağladı. Onlarla qonaq otağına keçdilər. Cahan atası Fazili və bacısı Arzunu görüb xalası Məlahətə baxdı. Fazil Məlahətə baxdı, nə olduğunu soruşduğu zaman Məlahət əlindəki kağızı ona uzatdı:
- Al bax Fazil, sən haqlı imişsən-dedi:
-Sənin heç vaxt sevmədiyin Cahan həqiqətən pozğun imiş.
- Nə?
- Hə Fazil, Cahan bakirə deyil. Sənə deyilənlər doğrudur.
Məlahətin dediklərindən Fazil nifrət dolu baxışlarla Cahana baxdı. Arzu isə onun yanında dayanıb əlindən hadisə çıxartmasın deyə, ona mane olmaq istəyirdi. Fazil ağır addımlarla Cahana yaxınlaşdı. Cahan oturduğu yerdən ayağa durdu. Fazil yumruğunu sıxaraq sərt baxışlarla Cahana baxdı. Elə ağzını açmaq istəyirdi ki, Fazil onun boğazından yapışdı...
50ci hissə
- Fahişə-deyərək boğazını sıxmağa başladl:
- Sən necə murdar imişsən. Sən bunudamı edəcəkdin? Məni niyə biabır edirsən.
Cahan boğulmağa başladı. Fazilin əli arasında çırpınmağa başlayan Cahanın rəngi ağarırdı, nəfəsi kəsilməyə başlayırdı. Bu zaman Arzu baş verənlərə müdaxilə etməyə başladı:
- Ata, qurban olum, eləmə. Özünü zibilə salma ata.
- Fazil, eləmə-deyərək Məlahətdə hadisəyə müdaxilə etdi:
- Nəyə görəsə həyatını və nüfuzunu heç eləmə. Məni eşit Fazil.
Fazil Cahanın gözlərinin bərəldiyini görüb əlini boşladı. Cahan yerə yıxıldı. Bərk öskürək tutmuşdu. Danışmaq istəsə də danışmağa halı yox idi.
Fazil:
- Kaş ki, zamanında ölərdin –dedi. Kaş ki, rəhmətlik Gülzar səni dünyaya gətirməzdi. Sənin kimi bir övladın olmağındansa, olmaması daha yaxşıdır. Sən məni yıxdın Cahan. Hər şey gözləyərdım, ancaq belə bir şeyi əsla.
- Ata, sən ....
- Sus-deyə Fazil Cahana danışmağa imkan vermədi:
- Mənə ata demə, mənim sənin kimi övladım ola bilməz.
Sözünü bitirən Fazil qızı Arzu ilə Məlahətin evini tərk etdi. Cahan onun arxasınca baxıb əli ilə üzünü tutdu. Məlahət isə Cahana heç bir söz demədi. Sakitcə ona baxıb qonaq otağını tərk etdi.
Bəli, o gündən sonra Cahan üçün daha çətin günlər başlamışdı. Necə deyərlər, Cahan sanki əsirlikdə yaşayırdı. Fazil boş yerə onunla söz güləşdirir, onu döyürdü. İş o yerə gəlib çatmışdı ki, bacısı Arzu belə ona əl qaldırmağa başlamışdı. Cahan bütün bunlara çətin də olsa dözməyə çalışırdı.
Artıq məktəb bitmişdi. Cahan ali məktəbə sənədlərini təqdim etmiş, imtahan vermişdi. Tələbə adını qazandığı üçün çox sevinirdi. Həyatında yeni bir səhifə açılırdı Cahanın. Bu sevincini ailəsinə çatdırmaq istəyirdi, düşünürdü ki, bəlkə bundan sonra atası Fazilin fikri ona qarşı dəyişər. Evə gəlib çatdığı zaman qapını açıb içəri girdi, dəhlizdə çamadan görüb bacısı Arzuya və qonaq otağında oturan atası Fazilə baxdı. Heç nə anlamadığından atası Fazilə müjdəli xəbərini verdi:
- Ata, məni təbrik edə bilərsən. Mən tələbə adını qazanmışam.
- Pah, böyük bir şey olub-deyə bacısı Arzu dilləndi. Tələbə adı qazanıb ha ...ha... ha... Hə, nə olsun?
Daha sonra üzünü atası Fazilə tutdu:
- Ata, sən deyirsən, yoxsa mən deyim?
Heç nə anlamayan Cahan təəccüblə onlara baxdı. Bacısı Arzunun nə demək istədiyini anlamadı. Fazil isə cavab vermək istəmirdi, sakitcə siqaret çəkərək Cahana baxdı. Cahan çamadanı göstərib:
- Kimsə hara isə gedir?-deyə soruşdu
- Hə, gedir, bacı can-deyə Arzu dilləndi:
- Sən bu evdən gedirsən.
- Nə?-deyə Cahan atası Fazilə baxdı:
- Ata, Arzu nə danışır?
- Olanı-deyə Fazil ağır və yorğun bir səslə cavab verdi:
- Daha sən bu evdə qala bilməzsən Cahan. Sən bizim adımıza və nəslimizə bir ləkəsən. Getməyin yaxşı olar. Bundan sonra sən mənim üçün yoxsan.
Cahan susdu. Deyəsən atası Fazil üçün o, maraqsız idi. Heç bir söz deməyib ona, bacısı Arzuya baxdı. Arzu isə:
- Hə, gecikmə, götür çamadanını da get-dedi.
Cahan artıq söz demədi. Dərindən ah çəkib çamadanını əlinə alaraq son dəfə doğulduğu evə baxaraq qapıdan çıxdı. İndi onun üçün çətinliklər başlayırdı. Bilirdi ki, heç nə asan olmayacaq. Amma əlində çamadan hara gedəcəyini bilmirdi Cahan. Nənəsi Ceyranın qapısına belə getməyi özünə rəva bilmirdi. Bilirdi ki, nənəsinin qapısına belə getsə, o da onu qəbul etməyəcəkdi. Çarəsiz əlində çamadan dayanacağa gəlib oturdu. Əli ilə üzünü tutdu. Gözləri dolmuşdu, bu fani dünyanın ədalətsiz oyunlarından, başına gələnlərdən bezmişdi. Bu zaman ona toxunan əldən səksənən Cahan geri döndü. Ömərin qardaşı Eltonu görüb oturduğu yerdən qalxaraq onu qucaqladı, uşaq kimi ağlamağa başladı. Elton onu sakitləşdirməyə çalışıb ondan nə olduğunu soruşdu. Cahanın evdən qovulduğunu öyrənib:
- Bəs indi nə edəcəksən?-deyə soruşdu
- Hələ bilmirəm. Səhər açılan kimi şəhərə üz tutacağam.
Elton Cahana kömək etmək üçün onun çamadanını əlinə alıb evlərinə aparmağı təklif etdi, ancaq Cahan öncə etiraz etdi. Etiraz etməyin boş olduğunu anlayıb Eltonla razılaşaraq birlikdə onun yaşadığı evə yollandı.
Mənzilbaşına çatmışdılar. Elton qapını açıb Cahanla içəri girdi. Evdə heç kəsin olmadığını görüb Eltona baxdı. Elton isə evdəkilərin rayonda olduğunu deyib Cahandan rahat olmasını istədi. Qonaq otağına keçən Cahan stulda oturdu. Divardan asılmış Ömərin şəklinə baxıb doluxsundu, amma ağlamamağa çalışdı. Bu arada Elton mətbəxdən yüngülvari yemək hazırlayıb qonaq otağına gələrək gətirdiklərini stolun üstünə düzdü. Onunla üz üzə oturub:
- Yemək ye-dedi.
- Yox, ac deyiləm.
- Axı bu necə ola bilər, ay Cahan? Bəs sən neyləyəcəksən?
- Bilmirəm. Xeyirlisi şəhərə gedəcəm, orada da başımın çarəsinə baxacağam. Bundan sonra çətin də olsa mən həyatımı yaşamalıyam.
Elton susdu, sakitcə çörəyini yeməyə davam etdi. Cahan isə Eltonun gətirdiyi çaydan içib düşünməyə başlamışdı.
Artıq gecə yarı idi. Gecəyə qədər söhbət etdikdən sonra yatmaq vaxtı idi. Elton Cahana yer hazırlayıb otaqdan çıxmağa hazırlaşırdı ki, Cahan onun əlindən tutdu. Ona təşəkkürünü bildirib qucaqladı. Elton Cahanın qara saçlarının ətrindən məst olub əlini onun belində gəzdirdi. Nəfəsi ilə onun boğazını istilətdi. Cahan Eltonu qucaqlasa da Elton onun boynunu aramla öpməyə başlamışdı. Ancaq bu hərəkəti rədd edilməmək üçün aramla edirdi. Cahan isə Eltonun hərəkətlərinə biganə deyildi.
Gecəyarı. Yataqda pəncərədən otağa düşən ayın işığında iki gəncin ehtiraslı sevişməsi və inilti səsi otağı bürümüşdü. Cahan Eltonun qolları arasında hər şeyi unutmuşdu.
Səhər açılmışdı. Cahan Eltonun köməyi sayəsində onun dostunun maşınına oturub şəhərə yola düşməyə hazırlaşırdı. Eltonla sağollaşıb maşına oturdu. Eltonun verdiyi bir qədər xərcliyi də cibinə qoyub yola düşdü. Yolboyu olanlar haqqında düşünürdü. Necə olacağını, nələrin baş verəcəyini düşünüb özlüyündə özü ilə danışırdı: “Hə Cahan, indi sənin üçün ən çətin anlar başlayır. Amma buna baxmayaraq sən güclü olmalısan. Həyatda zəif olma, güclü ol”.
Avtomobil yolboyu şütüyürdü. Maşında səslənilən mahnı isə Cahanın sanki taleyindən danışırdı. Tez bir zamanda Bakıya çatmağını gözləyirdi. Amma Cahan düşünmürdü ki, onu Bakıda hansı sürprizlər gözləyir...
Ardı növbəti sayımızda