SƏLAHƏDDİN ƏYYUBİ TÜRK, YOXSA KÜRD İDİ?

SƏLAHƏDDİN ƏYYUBİ TÜRK, YOXSA KÜRD İDİ?

31 İyul 15:29
Bəyəndim (2) Bəyənmədim (0)

"Səlahəddin Əyyubi Azərbaycan türküdür və tayfa adları da qurdlar tayfasıdır. Sultana siz haralısınız sualı verəndə o cavab verərdi ki, Azərbaycandanıq, əmim Şirkuh həmişə deyərdi ki, biz əzzib, yəni qurd tayfasındanıq".

Görkəmli ərəb alimi İbnin özünün Vəfayat əl-Ayan əsərində belə məlumat vermişdir: Şirkuh demişdir ki, bizim nəsibimiz (soykökümüz) Gök Boridir (Göy Qurddur) ".

Bəxtiyar Tuncay, türkoloq, tədqiqatçı.

"Səlahəddinin babaları Dvin kəndində şadılı boyunun qurdlar tirəsindəndir, bu boyun Qızılanlı tirəsi də vardı. Hər iki tirə şadılı adı ilə1988-ci ilə qədər orada (Vedidə) yaşayırdılar.

Firudin Cəlilsoy, azərbaycanlı alim, türkoloq, fəlsəfə doktoru.

Qeyd: Göyçay, Şamaxı, Naxçıvan, Təbriz, Gəncə, Kürdəmirdə çox sayda qurdlar məhəlləsi, qurdlar meydanı və s. toponimlər mövcuddur.

S.Əyyubinin Azərbaycan türkü olması ilə bağlı əlavə təkzibedilməz sübutlar:

1. "İnsanlığı Səlahəddindən öyrəndim" deyən İngiltərə kralı Riçardın pərəstiş etdiyi Səlahəddin Əyyubi(Əyyubilər Dövlətinin hökmdarı) haqda Türkiyədə çıxan rəsmi dövlət nəşri "İslam Ansiklopedisi" yazır: " Böyük sərkərdə Səlahəddin Əyyubi türkdür. Azərbaycan ərazisindən (indiki Qərbi Azərbaycandan) köçüblər,Səlahəddinin əsl adı Yusif Əyyubidir o, Səlahəddin adını sonradan götürüb.

2. Macar alimi Prof. Laszlo Rasonyi yazır: "Səlahəddin Əyyubi öz dövlətini Türk dövlət sistеminə uyğun qurmuş, ordu komandirlərinin hamısı və ordunun əsası Türklərdən ibarət olmuşdur. Dövlətin bayrağı və rəmzləri də Türk dövlətçilik ənənəsinə uyğun olaraq qartal olmuşdur".

3. Məşhur tədqiqatçı Von Lе Coq yazır: ""Misirin qədim mədəniyyəti, zəngin sənət həyatı daima idarəçiliyin ərəb valilərin əlindən Türklərə kеçdiyi zaman baş vеrmişdir".

4. İbn ül-Əsir (1160-1233) və İbn Senaül-Mülk (1155-1212) kimi yazarlar Əyyubi səltənətini "Türk Dövləti" (Devlet'ül-Türk) olaraq təyin etmişlər.

5.Səlahəddin Əyyubinin böyük qardaşının adı Turanşah, digər qardaşlarının adları isə Tüğtəkin və Börüdür. Dayısının adı Şihabəddin Mahmud ibn Tüküş idi. Dövlətin ordu və idarəçilik sistemi əsasən türklərin əlində olmuşdu.

6.Səlahəddinin atası Nəcməddin Əyyubi Azərbaycanda - Urmiya, Xoy, Zəngəzur, İrəvan, Kərkük, Naxçıvanda, Göyçədə geniş yayılmış Göy börü, Qara börü, Boz börü tayfalarından, bir sözlə, Qurdlar tayfasından çıxmışdır. Hazırda da bu adları daşıyan yer, məhəllə, kənd, oba, dağ, tayfa və nəsillərə bu bölgələrdə tez-tez rast gəlinir. (bax R. Stephen Humphreys, "From Saladin to the Mongols: The Ayyubds of Damascus)

7. Səlahəddin Əyyubinin anası Səlcuq Harim əmiri Şihabeddin Mahmud ibn Tokuş əl-Hariminin bacısıdır.

8.Salahəddin Eyyubinin həyat yoldaşı Aminə Xatun, Oğuz (Türkmən) nəslindən olan Üner bəyin qızıdır.

9. İbn Hellikanın “Görkəmli adamların ölüm tarixi” əsərində qeyd olunub. Əsərdə Səlahəddinin dilindən deyilir:

“Biz Azərbaycandanıq. Əmim Şirkuh deyirdi ki, Ez-zib tayfasındanıq”.

Səlahəddinin həyatını qələmə almış əl- Vahrani onun Türk soylu bir sərkərdə olduğunu təsdiq edir.

Əyyubilərin bayrağı sarı rəngdə idi. Emblemi də qartal idi. Əyyubi xanədanı Türk ənənələrinə uyaraq, açıq sarı rəngi öz hakimiyyət rəngi olaraq qəbul etmişdi. Ayrıca bayrağına, ilk dəfə Kiaksarın Midiyada Assuriyanı məğlub edərkən təsis etdiyi türk emblemi olan ikibaşlı qartalı qoymuşdu.

Faktlardan göründüyü kimi, həm Əyyubilərin kürd dövləti olmadığının, həm də nə Əyyubilərdən əvvəl, nə də sonra qurulmuş heç bir kürd dövlətinin olmadığının şahidi oluruq.

Əyyubilərin türk olmasını açıq şəkildə göstərən o dövrün şairlərindən İbn Sənaül-Mülkün yazdığı və günümüzədək gəlib çatan bir mədhiyyəsi də təsdiq еdir.

Tarixçi alim Zaur Əliyev