Avropa Parlamenti özünü korrupsiyadan təmizləməyə çalışır

Avropa Parlamenti özünü korrupsiyadan təmizləməyə çalışır

12 Yanvar 2023 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Parlamenti özünü korrupsiyadan təmizləməyə çalışır

Oxuməni.az xəbər verir ki, Avropa Parlamenti, Brüssel, Strasburq və Lüksemburqda yaranan korrupsiya qalmaqalını aradan qaldırmağa çalışır. Dekabrda Belçika ədliyyə orqanları, Avropa Parlamentinin bir neçə deputatını və onların köməkçilərini, Qətər və Mərakeşin maraqlarına uyğun siyasi qərarlar qəbul etmək müqabilində pul almaqda ittiham edib.

Bunun ardınca şübhəlilərdən birinin, Avropa Parlamentinin vitse-spikeri Eva Kayli vəzifəsindən uzaqlaşdırıldı. İndi bu yunan qadının mənsub olduğu sosialist və demokratlar partiyaları, onun yerinə Lüksemburqdan olan deputat Mark Angelin namizədliyini irəli sürüblər.

“Bu parlamentdəki hər bir insan və onun binalarında işləyən hər kəs korrupsiyaya qarşı və şəffaflıq uğrunda mübarizə aparmalıdır”- Angel bildirib. "Mən təkbaşına bunu edə bilmərəm, amma bunu edəcək bir çox başqalarına arxalana bilərəm."

Gələn bazar ertəsinə kimi digər fraksiyalar da öz namizədlərini irəli sürəcəklər. Bu arada, Avropa Parlamentinin sədri Roberta Metsola rüşvət kimi sui-istifadələrin kökünü kəsmək və daxili şəffaflığı artırmaq üçün yeni tədbirlər paketi elan etməyə hazırlaşır. Sızdırılan məlumatlara görə, deputatlara öz yerlərini tərk etdikdən sonra iki il müddətində lobbiçi kimi işləmək qadağan ediləcək. Yeni qaydalar deputatların və onların köməkçilərinin bütün görüşlərini, elan etməyə məcbur edəcək.

"Biz heç bir məxfiliyə, korrupsiya cəhdlərinə və qaydalar haqqında başqaları üçün danışdığımız, lakin özümüzə tətbiq etmədiyimiz vəziyyətlərə dözməyəcəyik" bunu alman "Yaşıllar partiyasının" deputatı Sergey Laqodinski söyləyib. Ola bilsin ki, növbəti sessiyada biz yeni sədr müavini ilə Avropanın ən mühüm institutlarından birində , hamımız necə yaxşılaşa biləcəyimizi və şəffaflığın necə dəyərli olduğunu müzakirə edəcəyik”.

Gələn həftə Strasburqda keçiriləcək iclasda, korrupsiya qalmaqalına qarışan iki deputatdan, deputat toxunulmazlığının alınma proseduruna başlanılacaq. Prosedur çox güman ki, fevralda başa çatacaq, bundan sonra Andrea Kossolino və Mark Tarabella ədalətin suallarını cavablandıra biləcəklər.

Rüfət, Oxuməni.az