Rusiya rəsmisi döyüşməyə getmək adı altında Moskvada koreyalıya təcavüz edib

Rusiya rəsmisi döyüşməyə getmək adı altında Moskvada koreyalıya təcavüz edib

12 Yanvar 2023 13:42
Bəyəndim (0) Bəyənmədim (0)

Yakutiya məşğulluq üzrə Dövlət Komitəsinin rəhbərinin müavini Savva Mixaylov 2022-ci ilin oktyabrında Ukraynaya qarşı müharibəyə getdiyini bəyan edib. Ancaq o müharibəyə getmək adı altında Moskvadakı bir oteldə koreyalıya təcavüz edib.

Oxuməni.az xəbər verir ki, bu qalmaqal barədə Rusiya mətbuatının yaydığı məlumatda deyilir.

Mətbuatın yazdığına görə, Cənubi Koreyadan olan 26 yaşlı Kvon, Moskva otellərindən birində qalmağa qərar verib. Lakin dolları rubla dəyişdirmədiyindən oteldə yer ala bilməyib. Bu vaxt hadisənin şahidi olan Mixaylov Kvona yaxınlaşaraq ona bir gecə otağında sığınacaq təklif edib. Əvvəlcə koreyalı bundan imtina edib, lakin səhər saat beşdə Mixaylovun otağına qalxmağa qərar verib. Ancaq kifayət qədər yata bilməyib. Onun sözlərinə görə, Savva dərhal onu soyunduraraq zorlayıb və zorla sekslə məşğul olmağa vadar edib.

Baş verən qalamqalla bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır..

Əziz Mustafa, Oxuməni.az