Polisin cinayətkarlığa qarşı virtual mübarizəsi

Polisin cinayətkarlığa qarşı virtual mübarizəsi

12 Yanvar 2023 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Uzaq Şərq ölkəsi olan Tayvanda polisin cinayətkarlara qarşı daha təsirli tədbirlər görməsi və özünü mümkün hücumlardan qoruya bilməsi üçün xüsusi virtual reallıq mərkəzləri yaradılıb. Taypey, Taoyuan, Kaohsiung və Chiayi polis şöbələri, Dəmiryolu Polis Bürosu, Birinci Xüsusi Polis İdarəsi və Tayvan Polis Məktəbində qurulan sistem sayəsində polislər virtual mühütdə fərqli ssenarilər tətbiq edərək təhsil almağa başlayıblar. Bu sistemin tətbiqi sayəsində Tayvan höküməti həm polislərin təcrübəsini artırır, həm də praktiki təlimlərə çəkiləcək xərcləri azaldır.

Murad Şahməmmədov