Corc Meloni: "Uşaqlarımıza deyəcəyik ki, mafiyanı məğlub etmək olar"

Corc Meloni: "Uşaqlarımıza deyəcəyik ki, mafiyanı məğlub etmək olar"

17 Yanvar 2023 09:39
Bəyəndim (0) Bəyənmədim (0)

Qəbiristanlığı öldürdüyüm insanlarla doldura bilərdim”, Siciliya mafiyasının lideri Matteo Messina Denaro bazar ertəsi Palermoda saxlanılıb.

Oxuməni.az xəbər verir ki, Siciliyanın qərbindəki Trapani əyalətində hökmranlıq edən "Koza Nostra" - nın patronu 30 il axtarışda olub və Palermo klinikalarından birində saxlanıb, orada o, xərçəng xəstəliyindən müalicə olunub.

Çoxsaylı ömürlük həbs cəzasına məhkum edilən Denaro, mediaya görə, ilk qətlini 18 yaşında edib , çoxlu qurbanları arasında hamilə bir qız və bir azyaşlı uşaqda var. O, Hakim Falkonenin partladılmasını təşkil edənlərdən biridir.

İtaliyanın baş naziri Corc Meloni xəbərdən xəbər tutan kimi Palermoya gəlib. İllərlə mafiozu ovlayanları və onun həbsində iştirak edənləri şəxsən təbrik edib.

Corc Meloni : "Bu, bizim üçün bayramdır, uşaqlarımıza deyəcəyik ki, mafiyaya qalib gəlmək olar"

1980-ci ilin yanvarında qardaşı Pirsanti (o zaman Siciliya bölgəsinin polis rəisi idi) mafiya tərəfindən güllələnərək öldürülən, İtaliya prezidenti Sercio Mattarella da polisi təbrik edib.

E.Axund, Oxuməni.az