İtalyan mafiya başçısının bunkeri tapılıb

İtalyan mafiya başçısının bunkeri tapılıb

19 Yanvar 2023 13:44
Bəyəndim (0) Bəyənmədim (0)

1993-cü ildən İtaliyada ən çox axtarılan adlardan biri olan italyan mafiya lideri Matteo Messina Denaronun yanvarın 17-də ələ keçirildiyi açıqlanıb. Sosial şəbəkələrdə yer alan xəbərə görə, İtaliya polisi Denaronun gizli sığınacağını tapıb. İtaliya hərbi polisi 30 il qaçdıqdan sonra nəhayət həbs edilən italyan mafiyasının “son ata” ləqəbli Matteo Messina Denaro tərəfindən istifadə olunduğu şübhəli bilinən gizli bunker tapıb. Xəbər verilir ki, 60 yaşlı Denaronun yaşadığı ev çərşənbə axşamı Siciliyanın kiçik Campobello di Mazara şəhərindəki evdə aşkarlanıb. Səlahiyyətlilər zümrüd, brilyant və digər qiymətli daşlar tapdıqlarını, həmçinin 2017-ci ildə vəfat edən Siciliya mafiyasının liderlərindən biri olan və Denaronun ixtiyarında olduğu güman edilən Toto Riinanın ölümünün “gizli arxivini” axtardıqlarını bildiriblər.

İtaliyadakı mafiya liderləri özlərini qorumaq üçün evlərinin altında qurduqları qaçış tunelləri və yalnız piyada gedə biləcəyiniz dağlardakı evləri ilə tanınırlar. Tapılan bu sığınacağın dəqiq xüsusiyyətləri və ölçüsü hələlik məlum deyil.

Murad Şahməmmədov