Məşhur filmdəki səhnə təkrarlandı: Namaza gələnin pulu oğurlandı-Video

Məşhur filmdəki səhnə təkrarlandı: Namaza gələnin pulu oğurlandı-Video

21 Yanvar 2023 23:19
Bəyəndim (0) Bəyənmədim (0)

İstanbulun Fatih rayonunda məsciddə dəstəmaz alan tacik turistin paltosunun cibindən 9 min dollar pul oğurlanıb.

Pulu oğurlayan Mustafa A. adlı şəxs saxlanılıb. 20 oxşar cinayət qeydi olan şübhəlinin pulu oğurladığı anlar təhlükəsizlik kamerasına anbaan əks olunub.

Saxlanılan cibgirin üstündən 14.420 lirə, 200 dollar və 100 avro çıxıb.

Kameralara əks olunan görüntülərdən B.B adlı Tacikistan vətəndaşının dəstəmaz almaq üçün paltosunu çıxararaq çeşmə kənarına asdığı görünür. Bu zaman cibgir oraya yaxınlaşaraq öz paltosunu asırmış kimi hərəkət edib və 9 min dolları oğurlayırıb. Daha sonra şübhəli yenidən paltosunu geyinib və sürətlə məscidin həyətindən uzaqlaşıb.

Sözügedən oğurluq hadisəsi sosial şəbəkələrdə paylaşılıb və ağıllara Şener Şenin baş rolda çəkildiyi “Züğürt ağa” filmindəki məşhur səhnəni gətirib.

Həmin görüntüləri təqdim edirik:

Telegram kanalımız