İspaniya  poçtla bombaları göndərməkdə şübhəli bilinən şəxsi həbs edib

İspaniya  poçtla bombaları göndərməkdə şübhəli bilinən şəxsi həbs edib

25 Yanvar 2023 23:33
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniya polisi bildirib ki, 2022-ci ilin noyabr və dekabr aylarında ölkənin şimalında Ukrayna və ABŞ səfirlikləri də daxil olmaqla, müxtəlif qurumlara poçtla göndərilən bombalarla əlaqədar 74 yaşlı kişi saxlanılıb.

Oxuməni.az xəbər verir ki, noyabrın 30-da Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib, səfirliyin bir əməkdaşı yaralanıb. Ertəsi gün İspaniya təhlükəsizlik qüvvələri diplomatik yazışmalarda Ukrayna səfirliyində partlayana bənzər daha üç partlayıcı qurğu tapıblar. Onlardan biri poçtla Avropa İttifaqının Madrid yaxınlığındakı peyk mərkəzinə göndərilib, digəri isə İspaniyanın paytaxtında Amerika səfirliyində ələ keçirilib. Eyni zamanda məlum olub ki, noyabrın 24-də İspaniyanın baş naziri Pedro Sançes poçt vasitəsilə oxşar “minalanmış bağlama” alıb.

ABŞ mətbuatı bu həftə ABŞ və Avropa kəşfiyyat mənbələrinə istinadən İspaniyadakı bombaların arxasında Rusiyada yerləşən irqçi silahlı qruplaşmaya rəhbərlik edən rus hərbi kəşfiyyatçılarının dayandığını bildirib.

The New York Times qəzetinin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə , müstəntiqlər hücumları "Rusiya İmperator Hərəkatı" radikal qrupunun etdiyini , onların Avropada üzvləri və Sankt-Peterburqdakı hərbi təlim mərkəzləri arasında mümkün əlaqəni araşdırır.

Rusiyanın İspaniyadakı səfirliyi bu nəşri, heç bir sübutu olmayan fantaziya adlandırıb.