ABŞ-da universitetdə atışma nəticəsində 3 nəfər ölüb

ABŞ-da universitetdə atışma nəticəsində 3 nəfər ölüb

14 Fevral 2023 18:41
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da Miçiqan Universitetində atışma nəticəsində 3 nəfər ölüb, daha 5 nəfər yaralanıb.

Oxuməni.az xəbər verir ki, bu barədə yerli polis fevralın 14-də çərşənbə axşamı, bildirib. Atıcı yerli vaxtla saat 8 radələrində universitet şəhərciyində atəş açıb. Daha sonra o, yaxınlıqdakı binaya keçib və orada atəş açmağa davam edib.

"Üç ölüm faktı təsdiqlənib. Bundan əlavə, 5 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən bəziləri həyatlarına təhlükə olan xəsarətlər alıblar", - hüquq-mühafizə orqanı rəsmisi bildirib. Polis şübhəlinin, qırmızı ayaqqabı, cins pencək və beysbol papağı taxmış qısaboylu qara kişinin fotosunu yayımlayıb.

Tezliklə hadisə yerinə yüzlərlə polis əməkdaşı gəlib. Son məlumatlara görə, atəş açan şəxs intihar edib. "Şübhəli şəxs kampusdan kənarda tapılıb. Görünür, o, özünə vurduğu xəsarətlərdən ölüb. Kampus üçün artıq təhlükə yoxdur", - deyə məktəb polisi Twitter-də bildirib.

Universitet rəhbərliyinin qərarı ilə yaxın 48 saat ərzində kampusda bütün tədbirlər ləğv edilib.

ABŞ-da məktəblərdə və universitetlərdə atışmalar tez-tez baş verir və bu ölkədə silahla bağlı çox liberal qanunlar olduğundan daha geniş silah zorakılıqları baş verir.

E.Axund, Oxuməni.az