Tanınmış müğənni 19 yaşlı qıza cinsi təcavüz iddiası ilə təqsirləndirilir

Tanınmış müğənni 19 yaşlı qıza cinsi təcavüz iddiası ilə təqsirləndirilir

16 Fevral 2023 11:41
Bəyəndim (0) Bəyənmədim (0)

Otel otağında pərəstişkarı olan 19 yaşlı qıza cinsi təcavüz etdiyi iddiasıyla 12 ilə qədər həbs cəzası ilə mühakimə olunan müğənni Kurtuluş Kuşun barəsində hökm çıxarılacaq. Sonrakı proseslərdə məhkəməyə zorla gətirilmək və səyahət qadağası da tətbiq ediləcəyi gözlənilir. Məhkəmə iclasında iştirak edən gənc qız "O, təcavüzdən sonra hadisə yerindən qacıb" deyərək şikayətini təkrarlayıb. Müğənni Kurtulmuş Kuş haqqında, 27 fevral 2022-ci ildə oteldə 19 yaşlı qıza qarşı "sərbəst cinsi təcavüz" cinayətini törətdiyi iddiası ilə 12 ilə qədər həbs cəzası tələb edən ittihamnamə hazırlanıb. İddianamədə Kuş və qızın sosial şəbəkə vasitəsilə tanış olduğu bildirilib.

İddianamədə ikilinin ilk olaraq Kuşun İzmirdə verdiyi konsertdən sonra üz-üzə gəldikləri, daha sonra otel otağında görüşdükləri bildirilib. Bu görüşdə heç bir yaxınlaşma olmadığı, ancaq Kuş və qızın yazışmağa davam etdiyi vurğulanıb. Sonradan Kuşun hadisə günü konsert üçün Aydın şəhərinə gəldiyi və qızı şəhərə dəvət etdiyi qeyd edilib.

Qız hədiyyəsini vermək üçün saat 04.00 radələrində dostları ilə Kurtuluş Kuşun qaldığı otelə getdiyi, otaqda başqa adamların olduğu, lakin sonrakı saatlarda Kuşun qızın paltarını çıxartmağa çalışdığı bildirilib. Başqa otağa keçib söhbət ediblər. İddianamədə qızın müqavimətinə baxmayaraq Kuşun zorluq göstərdiyi vurğulanıb. O da qeyd edilib ki, Kuşa müqavimət göstərən qızın fəryadlarını və yaşadığı ağrı səslərini digər otaqlarda qalanlar da eşidiblər.

Məhkəmə hələlik tam araşdırma aparılana kimi, iclası təxirə salıb.

Murad Şahməmmədov