Məhkəmə Eva Kayli və Pier Antonio Pantserini həbsdə saxladı

Məhkəmə Eva Kayli və Pier Antonio Pantserini həbsdə saxladı

17 Fevral 2023 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Parlamentinin keçmiş vitse-prezidenti Eva Kayli ən azı daha iki ay həbsdə qalacağı haqda Brüssel məhkəməsi qərar verib.

Oxuməni.az xəbər verir ki, yunanlı parlamentarinin həbsi Avropa qanunverici orqanında korrupsiya qalmaqalının bir hissəsidir. Müstəntiqlərin fikrincə o və bir neçə başqa deputatlar Qətər və Mərakeşlə rüşvətin köməyi ilə deputatların iqtisadi və siyasi qərarların qəbuluna təsir göstərməyə çalışıblar.

Eva Kaylinin vəkilləri də cinayətkar qruplaşmanın rəhbəri hesab edilən keçmiş İtaliya parlamentinin deputatı Pier Antonio Pantseri ilə aparılan gizli danışıqları pisləyib. O, cəzasını yüngülləşdirmək üçün Belçika hakimiyyəti ilə razılığa gəlib.

"Onun dediyi tək şey odur ki, 2019-cu ildə Qətərin Eva Kayliya seçki kampaniyasında kömək etdiyini eşidib, bu tamamilə yalandır. O, ancaq bu barədə eşitmişdi, əlində heç bir sübut yoxdur. İndi cənab Pantseriyə etibar etmək olmaz . Özünü və ailəsini həbsxanadan xilas etmək üçün O, hamını günahlandırmağa hazırdır" - Eva Kaylinin başqa bir vəkili Mixalis Dimitrakopoulos söylədi .Belçika məhkəməsi həmçinin Belçikalı Avropa Parlamentinin üzvü Mark Tarabellanı həbsdə saxlayıb. Keçən həftə o, deputat toxunulmazlığından məhrum edilən kimi həbs edilib. Millət vəkilinin vəkili bunun təqsirsizlik prezumpsiyasını pozduğunu əsas gətirərək, deputat barəsində həbs qərarı çıxaran hakimin prosesdən kənarlaşdırılmasını istəyib.

"Bizim fikrimizcə, iş materiallarında şübhəli pulla cənab Tarabella arasında əlaqənin zərrə qədər də izi yoxdur. Hüquq eksperti analiz aparıb, bu gün onu işə əlavə etdik. Cənab Tarabellanın hesabına nə 120 min avro, nə də ki 140 min avro gəlməyib, nə dolayı yolla, nə nağd, nə də heç bir şəkildə”, - deputatın vəkili Maks Toller bildirib.

Bu arada, on italiyalı deputat Avropa Parlamentinin sədri Roberta Metsolaya məktub yazaraq, Eva Kaylinin həbsxanada saxlanma şəraitini tənqid edib. Xüsusilə qeyd ediblər ki, ona soyuq kamerada ikinci yorğan verilmir və iki yaşlı qızı ilə görüşə demək olar ki, icazə verilmir.

E.Axund, Oxuməni.az