Gəncə sakini elçilərinə “yox” cavabı verilən qızın evinə hücum çəkdi — ŞOK HADİSƏ

Gəncə sakini elçilərinə “yox” cavabı verilən qızın evinə hücum çəkdi — ŞOK HADİSƏ

18 Fevral 2023 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhərində gənc oğlan elçilərinə rədd cavabı verən kişinin evinə hücum edib.

Oxuməni.az
Demokrat.az-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini Niyaməddin (adlar şərti verilib- red.) Nərminə ilə evlənmək istəyib.

Bu səbəbdən valideylərini qıza elçi göndərib. Amma onun elçilərinə Nərmininən valideyləri “yox”cavabı verib. Bundan əsəbləşən Niyaməddin onların evinin yanına gəlib və səs-küy salıb, Nərminin ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.

Bu zaman Nərminin atası Əlvan polisə şikayət edib. Hadisə yerinə gələn polislərə Niyaməddin müqavimət göstərib.

İş üzrə izahat verən Niyaməddin bildirib ki, təxminən iki ildir Nərmin ilə sevgili münasibətində olub, onunla ailə qurmaq istəyib:

“Lakin Nərminin ailəsi bu evliliyə qarşı oldu. Valideynlərim dəfələrlə Nərmingilin evinə elçi kimi getsə də, Nərminin atası Əlvan qapını açmayıb”.

Niyaməddinin sözlərinə görə, sonuncu dəfə hansı səbəbdən onun valideyinlərini elçi kimi qəbul etməməyinin səbəbini öyrənmək üçün Nərminin yaşadığı ünvana gedib:

“Orada həm Nərminin, həm öz atasının alçaq adam olduğunu bildirdim. Yüksək səslə danışaraq səsimi qonşuların və Nərminin eşitməsini, qarşılaşdığım haqsıqlığı hamının görməsini istədim. Daha sonra binaya Əlvanın şikayəti əsasında polis əməkdaşlarının gəldiyini görəndə daha da əsəbləşdim. Bu işin bu yerdə qalmayacağını dedim. Sonra polis bölməsində Nərminin evinə yaxın getməməyim barədə iltizama imza etməyimi istədilər. Həmin vaxt yenidən əsəbləşərək mübahisə etdim”.

Niyaməddin sonda əməlindən peşman olduğunu, həyacanlı və əsəbi olduğu üçün səs-küy saldığını bildirib.

Polis Niyaməddinin barəsində İnizami Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə inzibati qaydada protokol yazılıb.

İş materialı baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilib.

Hakim Kənan Hüseynovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Niyaməddin 8 gün müddətinə həbs eidlib.