Vaynşteyn  zorlama işi üzrə daha 16 il həbs cəzasına məhkum edilib

Vaynşteyn  zorlama işi üzrə daha 16 il həbs cəzasına məhkum edilib

24 Fevral 2023 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Los-Anceles məhkəməsi 2013-cü ildə rus modelini zorlama işinə görə, bir vaxtlar güclü və məşhur kino prodüseri Harvi Vaynşteyni daha 16 il həbs cəzasına məhkum edib.

Oxuməni.az xəbər verir ki, Vaynşteyn artıq oxşar cinayətlərə görə 23 il həbs cəzası çəkir, artıq üç il dəmir barmaqlıqlar arxasında qaldığına görə, onun hələ 36 ili var.

Ötən il dekabrın 20-də məhkəmə Vaynşteyni yeni işdə təqsirli bilib. Prosesdə 70 yaşlı kinoprodüser ona qarşı iddia qaldıran qadını tanımadığını deyib və ona qarşı irəli sürülən ittihamları rədd edib.

Rusiya əsilli qadın iş materiallarında "Jane Doe Number Önə" kimi adı ilə görünür, onun şəxsiyyəti məxfi olaraq qalır.

Məhkəmədə o, 2013-cü ildə İtaliyada yaşadığını, fevralda isə İtaliya film festivalı üçün Los-Ancelesə uçduğunu bildirib. Onun sözlərinə görə, Vaynşteyn, onun qaldığı Beverli Hillsdəki otelə gələrək onu oral sekslə məşğul olmağa məcbur edib.

"Özümü məhv etdim, özümü çox günahkar hiss etdim, İlk növbədə ona görə ki, qapını onun üzünə açdım", - zərərçəkən deyib.

Ümumilikdə, bu iş çərçivəsində dörd qadının, o cümlədən Kaliforniya qubernatorunun həyat yoldaşı Cennifer Sibel Nyusom, həmçinin aktrisa və ssenarist Lauren Young tərəfindən irəli sürülən ittihamlara baxılıb.

Bu epizodlara görə, məhkəmə ya Vaynşteyni təqsirsiz elan edib, ya da kifayət qədər dəlil olmadığı üçün hökmün çıxarılmasının mümkünsüzlüyünü qəbul edib.

Prodüserin vəkilləri hər şeyin qarşılıqlı razılaşma əsasında baş verdiyini əsas gətirdilər, qadınların özləri kino aləminin ən nüfuzlu adamı ilə cinsi əlaqəyə girməyə razılaşıblar.

Əvvəlki zorlama və cinsi təcavüz işində Vaynşteyn 2020-ci ildə 23 il həbs cəzasına məhkum edilmişdi.

Harvey Vaynşteyn Miramax-ın yaradıcılarından biri və keçmişdə Hollivudun ən nüfuzlu film prodüserlərindən biri olub.

Harvey Vaynşteynə şöhrəti "Pulp Fiction", "The English Patient", "Shakespeare in Love" və bir çox başqa filmlər üzərində görülən iş gətirdi.

E.Axund, Oxuməni.az