Salvadorda "qanqsterlər" üçün meqa həbsxana açılıb

Salvadorda "qanqsterlər" üçün meqa həbsxana açılıb

27 Fevral 2023 09:07
Bəyəndim (0) Bəyənmədim (0)

İlk 2000 məhbus Salvadordakı nəhəng yeni həbsxanaya gəlib.

Oxuməni.az xəbər verir ki, bu həbsxana əslində ölkə prezidenti Nayib Bukelenin elan etdiyi cinayətkarlara qarşı müharibənin episentridir.

Mart ayından etibarən Salvadorda fövqəladə vəziyyət elan edilib, bu, quldur dəstələri tərəfindən törədilən zorakılıq və qətllərə hakimiyyətin cavabıdır. Polisin çoxsaylı xüsusi əməliyyatları nəticəsində qanqster qruplarında iştirakda şübhəli bilinən on minlərlə insan saxlanılıb.


Rəsmi adı Terrorla Mübarizə Mərkəzi olan meqa həbsxana 40 min məhbus üçün nəzərdə tutulub. Aşağıdakı şəkillərdə ilk böyük qrup məhbusların , ayaqyalın və üst geyimsiz cəzalarını çəkdikləri yerə necə aparıldığı göstərilir.

Kameraya aparılmazdan əvvəl məhbuslar əlləri qırxılmış başlarının arxasında bağlanmış şəkildə yerdə oturmağa məcbur edilirlər.

Prezident Bukele məhbusların həbsxanaya aparıldığını əks etdirən videonu Tvitter səhifəsində yazıb: "Bu gün səhər tezdən bir anda 2000 dəstə üzvünü Terrorla Mübarizə Mərkəzinə köçürdük. Bu, onların onilliklər boyu yaşayacaqları yeni ev olacaq. , onlar əhaliyə daha zərər verə bilməyəcəklər.

Ölkə paytaxtından 74 kilometr aralıda yerləşən Tekoluk bələdiyyəsində təcrid olunmuş yerdə qanqsterlər və mafia üzvləri üçün yeni həbsxana tikilib. Bu, Latın Amerikasında ən böyük həbsxanadır və bura qaçışların qarşısının alınması texnologiyası ilə təchiz edilmişdir.


Həbsxana yüzdən çox məhbusun olduğu 100 kvadratmetr sahəsi olan 32 nəhəng kameradan və səkkiz binadan ibarətdir. Hər kamerada cəmi iki tualet var.

Mafiaya qarşi aparılan müharibədə , Salvador hakimiyyəti 64 mindən çox insanı həbs edib. Hüquq müdafiəçiləri qeyd edirlər ki, günahsız vətəndaşlar da əziyyət çəkir, lakin prezidentin quldurlara qarşı siyasəti Salvador sakinləri arasında populyardır.

Fuad,Oxuməni.az