Almaniyada ibtidai məktəb yaxınlığında atışma olub

Almaniyada ibtidai məktəb yaxınlığında atışma olub

28 Fevral 2023 15:35
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın Aşağı Saksoniya əyalətinin Bramş şəhərində ibtidai məktəbin yaxınlığında atışma baş verib, ölənlər var.

Oxuməni.az xəbər verir ki, polis tərəfindən şübhəli şəxs həbs edilib. Məktəb hadisədən zərər çəkməyib, məktəblilər və müəllimlər arasında xəsarət alan olmayıb.

İbtidai məktəbin yaxınlığında atışma səslərini eşidən hadisə şahidləri çərşənbə axşamı saat 07:30 radələrində polisə müraciət ediblər. Nəşr bildirir ki, tezliklə hüquq-mühafizə orqanları atəş açan şəxsi saxlamağa müvəffəq olub.

Hazırda tələbələr və müəllimlər nəzarət altındadır. Onlardan heç kim xəsarət almayıb, ancaq çöldən atəş səsləri də eşidilib.

Hazırda məktəb binasının yaxınlığında polis əməkdaşları asayişin qorunmasına nəzarət edir və şahidləri dindirir. Hadisəni törədənin motivləri hələlik məlum deyil.

E.Axund, Oxuməni.az