Braziliyada uşaq bağçasına hücum zamanı 4 uşaq həlak olub

Braziliyada uşaq bağçasına hücum zamanı 4 uşaq həlak olub

6 Aprel 2023 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliyada uşaq bağçasına hücum zamanı 4 uşaq həlak olub.

Oxuməni.az xəbər verir ki, hücum zamanı bağçada 40-a yaxın uşaq olub. Yaralıların aparıldığı yerli xəstəxanadan verilən məlumata görə, onların hamısı üç yaşından kiçik uşaqlardır.

Polisin məlumatına görə, hadisəni törədən şəxs uşaq bağçasının hasarından tullanıb və silahı ilə fərq qoymadan zərbələr endirməyə başlayıb. Daha sonra özü polis bölməsinə gedib və həbs edilib.

Braziliya prezidenti Luiz İnasio Lula de Silva hücumu iyrənc hərəkət adlandırıb.

O, Twitter-də yazıb: “Bir ailə üçün uşaq və ya nəvə itkisindən daha böyük ağrı yoxdur, xüsusən də bu faciə, günahsız və müdafiəsiz uşaqlara qarşı zorakılıq aktıdırsa.”

Blumenau şəhərinin yerləşdiyi Santa-Katarina ştatının qubernatoru Jorginho Melu bu dəhşətli qətliamla əlaqədar üç günlük matəm elan edib. Ştatdakı məktəblər sabaha qədər bütün dərsləri ləğv edib.

Son illərdə Braziliyada hələ uşaq bağçalarına çatmasa da, məktəblərdə çoxlu zorakılıq halları baş verib.

Ötən həftə San-Pauludan olan 13 yaşlı şagird məktəbdə müəllimi bıçaqlayaraq öldürmüşdü.

Keçən ilin noyabrında 16 yaşlı silahlı şəxs Arakruz əyalətinin cənub-şərqindəki Espirito Santo şəhərində iki məktəbə hücum zamanı 4 nəfəri vuraraq öldürmüş, 10-dan çox adamı yaralamışdı.

2019-cu ildə iki keçmiş tələbə San Paulo yaxınlığındakı məktəbdə səkkiz nəfəri güllələyib, sonra isə özlərini öldürüblər.

Bununla belə, ən kütləvi qırğın 2011-ci ildə Rio-de-Janeyro ətrafında keçmiş ibtidai məktəb şagirdinin 12 uşağı güllələməsi və bundan sonra onun intihar etməsi olub.

Rüfət, Oxuməni.az