Məktəbdə atışma zamanı 9 nəfər həlak olub
Serbiyanın paytaxtı Belqradda silahlı şəxslər məktəbə hücum ediblər. İlkin təsbitlərə görə, bir nəfərin öldüyü, yaralıların olduğu açıqlansa da sonradan hücumda 8 şagird və bir təhlükəsizlik işçisinin həyatını itirdiyi barədə məlumatı verildi.
Oxuməni.az xəbər verir ki, Serbiya Daxili İşlər Nazirliyindən verilən açıqlamada Belqraddakı “Vladislav Ribnikar” ibtidai məktəbində səhər saatlarında 7-ci sinif şagirdinin mühafizəçilərə və şagirdlərə atəş açdığı qeyd edilib. Hücum nəticəsində məktəbin mühafizəçisinin həyatını itirdiyi, 5 şagirdin isə yaralandığı açıqlansa da sonrakı məlumatlarda görə, məktəbə hücumda can itkisinin artıdığı məlum oldu.
BBC-də yer alan xəbərə görə, silahlı hücumda 8-i tələbə olmaqla 9 nəfər həlak olub.
Açıqlamada, hücumu atasına məxsus silahla törətdiyi güman edilən şübhəlinin nəzarətə alındığı bildirilib.
Oxumeni.az




















































.jpg)










































