Qonşularını öldürən təcavüzkar tutuldu
Aprelin 28-də ABŞ-ın Texas ştatında bir evdə 9 yaşlı uşağın da olduğu 5 nəfərin qətlə yetirildiyi hadisənin şübhəlisi Fransisko Oropesa dostunun evində gizlənərkən yaxalanıb. Polis şübhəli Fransisko Oropesanın Montqomeri bölgəsindəki bir dostunun evində ələ keçirildiyini açıqlayıb. 38 yaşlı Oropesa şkafda paltarların altında gizlənərkən insidentsiz tutulub.
San Jacinto əyalətinin baş prokuroru Todd Dillon da Oropesanın eyni evdə olan sevgilisi Divimara Nava və hadisədən sonra ona yaxalanmamaqda köməklik edən dostunun yardım səbəbi ilə saxlanıldığı məlumatını paylaşıb. Prokuror məlumat verib ki, Oropesa FTB-yə verilən gizli xəbər sayəsində tutulub. Hücumda istifadə edilən silahın da ələ keçirildiyini və ballistik müayinənin aparılacağını bildirib. Həbs edildikdən sonra ilk dəfə hakim qarşısına çıxarılan Oropesa 5 ayrı cinayətdə ittiham olunub. CNN-ə açıqlama verən bir səlahiyyətli, Oropesanın ölüm cəzası ittihamı ilə mühakimə oluna biləcəyini qiymətləndirib. Xatırladaq ki, aprelin 28-nə keçən gecə Texas ştatının Klivlend şəhərində evdə baş verən yanğında 5 nəfər həlak olub. Polisin ifadəsində Oropesanın bağçada AR-15 tüfəngi ilə nişan alma məşqi etdiyi və yeni doğulan körpənin yata bilmədiyini bildirən qonşunun ondan atəşi dayandırmasını istəməsi ilə aralarında mübahisə yarandığı bildirilib. Açıqlamada Oropesanın qonşu evə basqın etdiyi qeyd edilib. Hadisədən sonra isə qatil izi itirmək üçün evi yandırıb.
Oxumeni.az




















































.jpg)










































