“Xankəndi şəhərini ulu babam saldırıb, Aslan babamın isə Şuşa ilə Xankəndi arasında 3 kəndi olub”

“Xankəndi şəhərini ulu babam saldırıb, Aslan babamın isə Şuşa ilə Xankəndi arasında 3 kəndi olub”

7 Oktyabr 2023 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

“Pənahəli xan Cavanşir mənim ulu babamdır yəni babam Aslan ağa Cavanşir onun kötücəsidir. Biz birbaşa o soyadın daşıyıcısı, o nəslin nümayəndəsiyik. 1747 ci ildə Pənahəli xan Cavanşir Qarabağ xanlığını yaradıb. Xankəndi özünün şəninə saldığı şəhər olub. Adından məlum olduğu kimi yəni “Xanın şəhəri”. Yəni xanın oturaq fəaliyyət göstərdiyi yeri”

Oxuməni.az xəbər verir ki. bunu Moderator.az-a açıqlamasında xalq artisti Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyeva deyib. O daha sonra əlavə edib.

“Pənahəli xan 1752 ci ildə Şuşa qalasını inşa etdirib. Biz hər yay Şuşaya istirahətə gedəndə Əsgəran qalasından, Xankəndi şəhərindən keçib Şuşaya qalxardıq. Şuşadan, Cıdır düzündən Xankəndi açıq görsənir. Sanki Şuşanın ətəyində bir mərkəzi şəhərdir. Çox inkişaf etmiş gözəl şəhərdir. Bütün mərkəzi şəhərlər kimi həm təbiəti, həm infrastruktur cəhətdən o dövrdə Sovetlər birliyinin böyük şəhərləri kimi beynəlmiləl bir şəhər idi. Atam hətta 1928 ci ildə Xankəndində “Qarabağ” adlı milli musiqi alətlərindən ibarət bir ansambl da yaratmışdı. Onlar tək Qarabağda deyil, Azərbaycanın müxtəlif şəhər və kəndlərində tamaşaçılar, Qırmızı Ordu əsgərləri qarşısında konsertlər verirdilər. O dövrdə bəzi musiqi alətlərində Azərbaycan SSR-nin vətəndaşları olan milliyətcə gürcülər, ləzgilər, tatarlar və ermənilər də çalırdılar. Vətənimiz hər zaman beynəlmiləl bir ölkə olub və xalqımız tolerant xalq olaraq hər bir millətə bir Azərbaycan SSR-nin vətəndaşı kimi dilindən, dinindən asılı olmayaraq hörmətlə yanaşırdı. Yadıma gəlir, 1960-cı illərdə mən uşaq idim. Biz Xankəndindən keçib Şuşaya gedəndə şəhərin necə inkişaf etmiş şəhər olduğunun canlı şahidi olaraq şəhərdə teatr, konsert zallarının, institutların, təhsil ocaqlarının, səhiyyənin və.s yüksək səviyyədə təşkilinin şahidi olurdum. Orada məskunlaşmış digər millətlər üçün, eyni zamanda həm də ermənilər üçün bütün şərait yaradılmışdı” deyə Bəyimxanım Cavanşirova-Verdiyeva deyib.

Müsahibimiz bildirib ki, Xankəndində ermənilər məqsədli şəkildə məskunlaşıblar.

“Əvvəldən Xankəndində azərbaycanlılar yaşayıb və o dövrdə çox az faiz erməni əhali olub ki, onlar da sonradan məqsədli surətdə o şəhərdə məlum məsələlər üçün məskunlaşdırılıblar. Sonralar 1930-cu illərdə Xankəndində erməni əhalinin sayı surətlə artmağa başlayıb ki, bu da tamamilə yəni 98 % erməni əhalinin orada yaşaması demək deyildi. Sadəcə sovetlər dönəmində sonradan gələn erməni əhaliyə elə bir şərait yaradılır ki, təbii ki, onlar bu torpaqlarda daha da köklü surətdə məskunlaşmağa başladılar. Yəni erməni dilində məktəb, universitet, teatr, konsert kollektivləri, ermənilərin özlərinin düşündükləri kimi tarixi şəxslərinin adına küçə, büstlər və.s, hətta müqayisə etsək Ermənistan SSR-də bəlkə də belə şəraitləri yox idi. Ancaq nə qədər olmasa da tədricən bu şəhərdə kök salmağa başladılar. Yerli əhalini müqayisə etsək mən deyərdim ki, son yəni 1970-ci illərin sonunda 1980-ci illərin əvvəlində əhalinin 55%-nin 45-nə olardı. Bilirsiz, həm də tək orada yaşayan əhali yox, Ermənistandan doğmaları gəlib orada təhsil alırdılar, işləyirdilər. Həm də xaraktercə Xankəndi erməniləri ilə Ermənistan erməniləri fərqli idilər. Bir birlərinə uyğun gəlmirdilər. Babam Aslan ağanın Şuşanın mərkəzində Gövhər Ağa məscidinin yanında 2 mülkü və Şuşa ilə Xankəndi ətrafında 3 kəndi olub. Xoca, Ballıca, Kor ocaq kəndləri” deyə Bəyimxanım Cavanşirova-Verdiyeva deyib.