Fransız rejissor Bertran Bliye 85 yaşında vəfat edib
Fransız kinorejissor Bertran Blie 85 yaşında Parisdə vəfat edib. Oğlu Leonardın dediyinə görə, o, evdə həyat yoldaşı və uşaqlarının əhatəsində ölüb. Oxuməni.az xəbər verir ki, bu barədə "France 24" telekanalı məlumat yayıb.
1970 və 1980-ci illərin təxribat xarakterli "Vals oynayanlar", “Qız məclisi” və "Soyuq qəlyanaltılar", komediyaları ilə tanınan, Bliye xüsusilə qara yumorla parıldayan kəskin dialoqu və bu gün "seksist" adlandırılacaq zarafatları ilə məşhur idi.
Onun 1978-ci ildə çəkdiyi "Burun dəsmallarınızı hazırlayın"komediyası (bir çox başqaları kimi) Jerar Depardyenin rol aldığı filmdir, bir il sonra Ən Yaxşı Xarici Film “Oskar”ını, Ən Yaxşı Musiqi üçün “Sezar” Mükafatını qazandı və "Qızıl Qlobus"a ən yaxşı xarici film kimi namizəd oldu.
Bliye üç dəfə - 1980-ci ildə "Soyuq qəlyanaltılar", 1985-ci ildə "Bizim hekayəmiz" və 1990-cı ildə "Sənin üçün çox gözəl" filmlərinə görə ən yaxşı ssenari üzrə “Sezar” mükafatını qazanıb. Sonuncu film həmçinin Kannda Münsiflər Mükafatını və Ən Yaxşı Film və Ən Yaxşı Rejissor nominasiyalarında “Sezar” mükafatını qazandı.
Bliyenin son filmi 2019-cu ildə Depardye və Kristian Klavyenin rol aldığı “Convoi exceptionnel” filmi olub.
Almaz Həsənli