Aktrisa Kilçer Kemeronu öz görünüşünü oğurlamaqda ittiham edib və “Disney”-ə qarşı iddia qaldırıb

Aktrisa Kilçer Kemeronu öz görünüşünü oğurlamaqda ittiham edib və “Disney”-ə qarşı iddia qaldırıb

Bəyəndim (1) Bəyənmədim (0)


Amerikalı aktrisa K'Orianka Kilçer "Avatar" franşizasının yaradıcısı Ceyms Kemeronı öz görünüşünü oğurlamaqda ittiham edib. Oxuməni.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Kilçer şəxsiyyət oğurluğu səbəbindən Ceyms Kemeron və Disney-ə qarşı iddia qaldırıb. Aktrisanın sözlərinə görə, onun yeniyetməlik dövründəki üzü franşizanın baş qəhrəmanı Neytiri üçün prototip kimi istifadə edilib.
Aktrisanın iddiasında qeyd etdiyi kimi, 2010-cu ildə bir xeyriyyə tədbirində Kemeron ona Neytiri obrazı üçün "ilk ilham mənbəyi" olduğunu bildirib. Kilçer o zaman bunun onun əsl üzünün köçürüldüyünü göstərdiyini anlamayıb. Aktrisanın həmçinin rejissorun 2024-cü ildə fransız nəşrinə verdiyi müsahibəyə də istinad edib. Orada Kemeron aktrisanı xatırlayaraq Neytirinin "üzünün aşağı hissəsinin ona aid olduğunu" bildirib.
Aktrisa paylaşımında deyib: "Süni intellekt dövründə şəxsiyyətimiz artıq təhlükəsiz deyil. Mənim başıma gələnlər şəxsi xarakter daşısa da, bu, həm də ciddi bir xəbərdarlıqdır ki, əgər biz indi tədbir görməsək, oxşar hallar adi hal alacaq."
Almaz Həsənli