"Santos" klub muzeyində Neymarın büstünü qoyub
Braziliyanın “Santos” klubu klubun hücumçusu və Braziliyanın bütün zamanların ən məhsuldar bombardiri Neymarın büstünü klub muzeyində təqdim edib. Oxuməni az xəbər verir ki, bu barədə futbol klubunun mətbuat xidməti məlumat verib.
2025-ci ilin yanvarında hücumçu yetişdiyi klub olan “Santos”-a qayıdıb.
34 yaşlı futbolçu atası və ailə üzvləri ilə birlikdə büstün açılış mərasimində iştirak edib və “Santos”-a minnətdarlığını bildirib.
"Santos-un tarixinin bir hissəsi olmaq böyük şərəfdir! Tanrıya, ailəmə və məni ilk gündən dəstəkləyən bütün Santos azarkeşlərinə təşəkkür edirəm. Bizim çoxlu parlaq və unudulmaz anlarımız olub, amma çətin dövrlər də olub və siz həmin anlarda həmişə yanımda olmusunuz," Neymar Instagramda yazıb.
Neymar “Santos”un yetirməsidir; o, 2013-cü ilə qədər bu Braziliya klubunda oynayıb və 2025-ci ildə geri dönüb. Komanda ilə birlikdə o, Braziliya Kubokunu (2010), Libertadores Kubokunu (2011) və üç Paulista Liqası titulunu (2010, 2011, 2021) qazanıb.
“Santos”dan başqa, Braziliyalı futbolçu İspaniyada “Barcelona”, Fransada “PSJ” və Səudiyyə Ərəbistanında “Al-Hilal” klublarında da çıxış edib.
Almaz Həsənli







.jpg)
































.jpg)























































