Yeni "Hörümçək-adam" filmi ilin ən çox gəlir gətirən debütü oldu
"Hörümçək-adam: Yeni gün" filmi Şimali Amerika prokatında ilk həftəsonunda 355 milyon dollar toplayaraq Hollivud tarixində ikinci ən uğurlu debüt olub. Bu, həm də filmi ABŞ və Kanadada ilin ən çox gəlir gətirən premyerası edir. Oxuməni.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin qeyd etdiyi kimi, film xarici ölkələrin prokatında daha 572 milyon dollar toplayıb. Bunun 121 milyon dolları Çinin payına düşür. Bununla yanaşı, "Hörümçək-adam: Yeni gün" qlobal koronavirus pandemiyasından bəri Şimali Amerikada ən yüksək kassa gəliri göstəricisini nümayiş etdirib.
ABŞ və Kanada tarixində ən uğurlu debüt olaraq 2019-cu ilin "Qisasçılar: Final" filmi qalır; Tom Hollandın superqəhrəman rolunda çəkildiyi yeni "Hörümçək-adam" filmi gəlirlərinə görə ondan cəmi 2 milyon dollar geri qalıb.
Hörümçək-adam Marvel kainatının ən populyar komiks personajlarından biridir. "Reuters"in yazdığına görə, qlobal auditoriyanın superqəhrəman janrından yorulmasına baxmayaraq, o, öz kinematoqrafik cazibəsini qoruyub saxlayır.
"Hörümçək-adam: Yeni gün" Tom Hollandın 2016-cı ildən bəri bu rolda dördüncü çıxışıdır. "Reuters" yazır ki, yeni filmin süjetinin əsasında baş qəhrəmanın tənhalıq hissləri və insanlarla yaxınlıq arzusu dayanır – məhz bu mövzu həm tənqidçilər, həm də qlobal auditoriya tərəfindən müsbət qarşılanıb.
Almaz Həsənli











.jpg)






















































.jpg)
























