Ukraynada "Maşa və Ayı" cizgi filmi qadağan ediləcək

Ukraynada "Maşa və Ayı" cizgi filmi qadağan ediləcək

Bəyəndim (1) Bəyənmədim (0)

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın "Maşa və Ayı" animasiya serialının yaradıcılarına qarşı sanksiyalar tətbiq edib. Oxuməni. az xəbər verir ki, bu barədə fərman cümə axşamı axşam saatlarında Ukrayna dövlət başçısının rəsmi saytında dərc olunub. Məhdudiyyətlər serialı yaradan "Animakkord" studiyasına və beş Rusiya vətəndaşına, o cümlədən studiyanın təsisçisi və baş direktoru, ssenari müəllifi və əsərin hüquq sahibinə şamil edilib.

Ukrayna prezidentinin saytında izah edildiyi kimi, "Maşa və Ayı" ölkənin milli təhlükəsizliyi üçün təhdid yaradır, çünki o, "uşaq kontenti adı altında gizlədilmiş rusiyayönlü narrativləri" yayır.

"RBK-Ukrayna" nəşri qeyd edir ki, bu qərar cizgi serialının Ukraynada yayımlanmasının qadağan edilməsinə imkan verəcək.

Həmin axşam Zelenski Rusiyaya qarşı sanksiyalar haqqında Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını qüvvəyə mindirən daha üç fərman imzalayıb. Məhdudiyyətlər Rusiyanın hərbi-sənaye kompleksi müəssisələrinə, rusiyalı məmurlara və fiziki şəxslərə, habelə Oleq Deripaskanın "Rusal" qrupuna daxil olan şirkətlərə qarşı yönəlib.

Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna 2026-cı ilin iyununda bildirmişdi ki, "Maşa və Ayı" cizgi filmi "Kremlin yumşaq gücünün bir hissəsidir", çünki o, "uşaqların əyləncə kontentinə kremlmeylli və militarist mesajlar yeridir, eyni zamanda Rusiyanın təcavüzünü və imperiya ambisiyalarını normallaşdırır".

Almaz Həsənli