Qazaxıstan Müdafiə Nazirliyi: Türkiyədən 4,4 milyard dollara zirehli texnika alınması ilə bağlı anlaşma imzalamamışıq

Qazaxıstan Müdafiə Nazirliyi: Türkiyədən 4,4 milyard dollara zirehli texnika alınması ilə bağlı anlaşma imzalamamışıq

19 İyul 2023 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan Müdafiə Nazirliyi Türkiyənin Otokar şirkətindən 2 trilyon təngəyə (4,4 milyard dollar) zirehli texnika alınması ilə bağlı məlumatı şərh edib.

Oxuməni.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

“Bu günə qədər Türkiyədən zirehli texnikanın tədarükü ilə bağlı heç bir anlaşma imzalanmayıb. Otokar zirehli maşın istehsalçılarından yalnız biridir və onun istehsal etdiyi hərbi texnikaya maraq göstəririk “Otokar”istehsalı olan 8x8 ölçülü zirehli texnika nümunəsi də eksperimental sınaqlardan keçirilir. Sınaq nəticələrinə əsasən addımlar atacağıq, - deyə nazirlikdən bildirilib

Bundan əvvəl Qazaxıstan hökumətinin Türkiyənin Otokar şirkətindən 4,4 milyard dollara 834 ədəd ARMA zirehli döyüş maşını almaq istədiyi bildirilirdi. Qeyd edilirdi ki, yaxın vaxtlarda Otokar istehsalı olan “Tulpar” və “Arma” maşınları Qazaxıstan ordusunun istifadəsinə veriləcək.

Əziz Mustafa