Zelenski Britaniyanın hərbi rəhbərliyi ilə qapalı söhbət edib

Zelenski Britaniyanın hərbi rəhbərliyi ilə qapalı söhbət edib

11 Avqust 2023 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 10-da Ukrayna prezidenti Vladimir Zelenski Britaniya hərbi rəhbərliyinin nümayəndələri ilə təkbətək söhbət edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Zelenski videomüraciəti zamanı bildirib.

“Bu gün mənim Böyük Britaniyanın hərbi rəhbərliyinin nümayəndələri ilə söhbətim olub - qapalı söhbət. Amma məhsuldar söhbət oldu”, - deyə Zelenski bəyan edib.

O əlavə edib ki, ölkə hakimiyyəti Ukrayna Silahlı Qüvvələri üçün yeni müdafiə paketləri, xüsusən də hava hücumundan müdafiə sistemləri hazırlayır.

Zelenski deyib ki, hazırda Ukraynada iki Patriot hava hücumundan müdafiə sistemi var.

Əziz Mustafa